Ən yuxarı (mobil)-2_30

Qərb neft tədarükünün pozulmasında Türkiyəni günahlandırır

FT: Qərb rəsmiləri Türkiyəni neft tankerlərinin boğazlardan keçməsinə mane olmaqda günahlandırır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qərb neft tədarükünün pozulmasında Türkiyəni günahlandırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Financial Times” (FT) yazır ki, Qərb hakimiyyətinin nümayəndələri Ankaranı Qara dəniz boğazlarından keçidi bağlamaqda və dənizdən neft nəqlini pozmaqda günahlandırırlar.

Rəsmilər Bosfor və Çanaqqala boğazlarından keçən gəmilərin ləngiməsi üçün heç bir səbəb görmür və gəmilərin hərəkətinin normallaşdırılmasını tələb edirlər.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, tıxacda qalan 20 tankerdən təxminən 19-u Qazaxıstandan neft daşıyır. O vurğulayıb ki, nə tankerlər, nə də onların yükləri neftin qiymətinin "tavanına" tabe deyil, ona görə də onların sığorta statusunda heç bir dəyişiklik olmamalıdır. 

"Neft tədarükünün ləngiməsi qiymət məhdudiyyətlərinin yox, Ankaranın hərəkətlərinin nəticəsidir", deyə rəsmi əlavə edib.

Bundan əvvəl mətbuat Türkiyə sahillərində gəmilərin “tıxacının” yarandığı barədə məlumat yayıb. Qeyd edilib ki, sıxlıq Ankaranın gəmilərdən xüsusi sığorta - Mühafizə və Təminat Sığortası tələb etməyə başlaması səbəbindən yarana bilər. 

Eyni zamanda, ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyə xarici işlər nazirinin müavini ilə söhbətində, dekabrın 5-də tətbiq edilən Rusiya neftinin qiymətinə “tavanın” gəmilərin yoxlanılmasının artırılmasını tələb etmədiyini bildirib.

08.12.2022 16:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18