970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu

Naxçıvan sahibkarları sevinir: "2026-cı il üçün Naxçıvan sahibkarlarına şamil edilən yeni vergi və gömrük güzəştləri, habelə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində qəbul etdiyiniz mühüm qərarlar bizi dərin məmnunluq hissi ilə sevindirmişdir".
iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə Azərbaycanın bütün bölgələrində olduğu kimi, qədim Naxçıvan diyarında da genişmiqyaslı quruculuq və abadlıq işləri uğurla həyata keçirilir, iqtisadiyyatımız davamlı şəkildə inkişaf edir. Dövlətimiz tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı bizi daim yeni nailiyyətlərə ruhlandırır.

Xüsusilə qeyd etmək istərdik ki, 2026-cı il üçün Naxçıvan sahibkarlarına şamil edilən yeni vergi və gömrük güzəştləri, habelə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində qəbul etdiyiniz mühüm qərarlar bizi dərin məmnunluq hissi ilə sevindirmişdir. Bu güzəştlər Sizin Naxçıvanın iqtisadi potensialının gücləndirilməsinə, eləcə də blokada şəraitində fəaliyyət göstərən sahibkarlara göstərdiyiniz xüsusi diqqət və həssas münasibətin bariz nümunəsidir.

Yaradılmış bu əlverişli şərait və verilən imtiyazlar bölgədə investisiya mühitinin canlanmasına, yerli istehsalın genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcəkdir. Biz – Naxçıvan Muxtar Respublikasının sahibkarları olaraq, göstərdiyiniz yüksək etimadı doğrultmaq, muxtar respublikanın və bütövlükdə Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə vermək üçün bundan sonra da bütün imkanlarımızla çalışacağımıza Sizi əmin edirik.

Möhtərəm Ali Baş Komandan!

Bir daha Sizi bu əlamətdar bayramlar münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Naxçıvan Sahibkarlar Konfederasiyası

1 yanvar 2026-cı il

Azərbaycan Prezidenti İlham Əliyev Prezident İlham Əliyevə müraciət Möhtərəm cənab Prezident Naxçıvan Muxtar Respublikası Naxçıvan sahibkarları Naxçıvan Sahibkarlar Konfederasiyası Naxçıvanda sahibkarlığın inkişafı Naxçıvan iqtisadiyyatı Naxçıvanda vergi güzəştləri Naxçıvanda gömrük güzəştləri 2026-cı il vergi güzəştləri biznes mühitinin yaxşılaşdırılması dövlət sahibkarlıq dəstəyi regional iqtisadi inkişaf investisiya mühiti yerli istehsalın genişlənməsi yeni iş yerlərinin yaradılması iqtisadi potensialın gücləndirilməsi blokada şəraitində sahibkarlıq Prezidentin iqtisadi islahatları Azərbaycanın iqtisadi inkişafı regional inkişaf strategiyası dövlət və sahibkar münasibətləri Naxçıvanda quruculuq və abadlıq işləri müstəqil Azərbaycanın tərəqqisi
01.01.2026 15:37

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18