Bu dövlət şirkəti 552 milyon manatdan çox zərər açıqladı - 8 MİLYARD MANATA YAXIN ZƏRƏR YIĞILIB
"Azərsu" ASC 2021-ci ili 552 milyon 230 min manat xalis zərər ilə başa vurub. Halbuki, dövlət şirkəti 2020-ci ili 323 milyon 222 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Azərsu" ASC-nin xalis zərəri 229 milyon 8 min manat və ya 70,8% artıb.
Marja.az xəbər verir ki, 31 dekabr 2021-ci il tarixində "Azərsu" ASC-nin yığılmış zərəri 7 milyard 855 milyon 686 min manata çatıb.
"Azərsu" ASC-nin satışdan gəlirləri 2020-ci ildə 184 milyon 246 min manat ikən, 2021-ci ildə 262 milyon 947 min manat təşkil edib.
XƏRCLƏRİ GƏLİRLƏRİNDƏN ÇOX ARTIB
2021-ci ildə digər gəlirlər daxil "Azərsu" ASC-nin cəmi gəlirləri 305 milyon 498 min manat, cəmi xərcləri 857 milyon 728 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə "Azərsu" ASC-nin cəmi gəlirləri 192 milyon 92 min manat, cəmi xərcləri isə 515 milyon 314 min manat təşkil etmişdi. Ötən il, "Azərsu" şirkətinin cəmi gəlirləri 113 milyon 406 min manat, cəmi xərcləri isə 342 milyon 414 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI



















