AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
"AZAL bir şirkət olaraq özünü aşağı büdcəli aviaşirkət kimi mövqeləndirmir. Aviabiletlərin qiymətlərinin formalaşmasına bir neçə amil təsir göstərir"."Biz sözsüz ki, daim sərnişinlərimizin narahatlığını tam şəkildə anlayırıq və çalışırıq ki, bu mövzuda dəstək olaq. Mövzu bizim diqqətimizdən yayınmır. Amma hesab edirəm ki, AZAL-ı aşağı büdcəli aviaşirkətlərlə müqayisə etmək doğru yanaşma deyil. Çünki AZAL bir şirkət olaraq özünü aşağı büdcəli aviaşirkət kimi mövqeləndirmir".
Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev müsahibəsində aviabiletlərin qiymətlərilə bağlı suala cavab verərkən deyib.
Samir Rzayev bildirib ki, qiymət formalaşması isə beynəlxalq aviasiya standartlarına uyğun şəkildə həyata keçirilir və AZAL da bu istiqamətdə aparıcı beynəlxalq aviaşirkətlərin tətbiq etdiyi yanaşma və prinsiplərə əsaslanaraq fəaliyyət göstərir:
"Aviabiletlərin qiymətlərinin formalaşmasına bir neçə əsas amil təsir göstərir. Bunlara ilk növbədə reys üzrə sərnişin sayı, uçuş tarixinə qalan müddət və bazardakı mövcud tələb-təklif dinamikası daxildir. Bütün bu faktorlar beynəlxalq aviasiya praktikasına uyğun şəkildə təhlil olunur və qiymətlər məhz bu parametrlər əsasında formalaşdırılır. Sərnişin üçün ən vacib məsələ şəffaf və əlçatan qiymətdir. Buna görə, erkən rezarvasiya imkanlarını, kampaniyaları, hissə-hissə ödəniş həlləri və sərnişin üçün daha rahat seçimləri genişləndiririk. Biz sərnişinlərə alternativ seçimlər də təqdim edirik. Heydər Əliyev Benəlxalq Aeroportunda digər 40 aviaşirkət müxtəlif istiqamətlərə uçuşlar həyata keçirir və bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir. Statistikaya baxsaq, 2025-ci ildə 1,7 milyon sərnişin aeroportumuzda fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətlərlə səyahət edib. Ümumilikdə isə, bütün aviaşirkətlərin xidmət göstərdiyi sərnişin sayı ötən ildə 3,5 milyonun üzərində olub. Heydər Əliyev Hava Limanında AZAL-ın üzərinə düşən sərnişin payı 49% təşkil edir. Bunun 51%-ni xarici aviaşirkətlər təşkil edir".
AZAL rəhbəri həmçinin qeyd edib ki, burada əsas məqsəd Azərbaycanda turizmin inkişafına töhfə verməkdir:
"Bu gün Heydər Əliyev Hava Limanı kimi biz digər aviaşirkətlərə, onların sorğularına tam şəkildə açığıq, onlara lazım olan güzəştləri verməyə hazırıq. Əsas məqsədimiz Azərbaycanda sərnişindaşımanın, Azərbaycana gələn turistlərin sayını artırmaqdır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
11 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb














.jpg)








