Regional bank: Azərbaycana pul ayırmağa hazırıq
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsində maraqlıdır.
Bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında QDTİB-nin prezidenti İhsan Uğur Delikanlı deyib.
O qeyd edib: "Ümid edirəm ki, Azərbaycan hakimiyyəti və digər tərəfdaşlar bizim "Cənub Qaz Dəhlizi" layihəsində iştirak etmək imkanımıza baxacaq və onların qərarı müsbət olacaq".
Təqdimatda Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, indiyədək QDTİB 11 üzv ölkəyə 4,3 mlrd. avro kredit ayırıb:
"Hazırda bankın nizamnamə kapitalı 3,45 mlrd. avro, səhm kapitalı isə 2,29 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 360 mln. avro məbləğində kredit ayırıb ki, bu da bankın əməliyyatlar portfelində 8,3% təşkil edir. Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankında 5%-lik paya malik olmaqla 11 üzv ölkə arasında 7-ci ən böyük səhmdar ölkədir".
S.Şərifov qeyd edib ki, dünya iqtisadiyyatında baş verən iqtisadi sarsıntılar və çağırışlar Qara Dəniz regionuna təsir edib, eləcə də Azərbaycandan da yan keçməyib:
"Yaranmış yeni makroiqtisadi vəziyyət uyğun dayanıqlı iqtisadi inkişaf, makroiqtisadi sabitliyin bərpası üçün struktur və institusional islahatlar həyata keçirilməkdədir. Bu məqsədlə milli iqtisadiyyatın inkişafını özündə əks etdirən Strateji Yol Xəritələrində uzunmüddətli inkişaf yolları müəyyən edilib. Belə ki, pul və fiskal siyasətin əlaqələndirilməsi, maliyyə bazarlarında dayanıqlı inkişafın təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artması əsas məqsədlərdəndir. Azərbaycan hökuməti Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinə böyük əhəmiyyət verir. Ümid edirəm ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində qarşıya qoyulmuş məqsədlər üçün Qara Dəniz Ticarət və İnkişaf Bankı da öz töhfələrini verəcək", - deyə nazir vurğulayıb.
Öz növbəsində QDTİB prezidenti İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində rəhbərlik etdiyi maliyyə institutunun bundan sonra da hökumətlə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirib.
© Trend, APA
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
11 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























