970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!

“Biləcəri” və “Park Xırdalan” layihələrində mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
AzVak-mobil_resmin_ustu_31
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Bakıda mənzil qiymətlərinin yüksəldiyi bir dövrdə daha sərfəli şərtlərlə ev sahibi olmaq istəyənlər üçün “Kristal”ın “Biləcəri” və “Park Xırdalan” yaşayış komplekslərində satışlar davam edir.

Müasir yaşayış standartlarına uyğun inşa edilən layihələr həm ilk dəfə mənzil alanlar, həm də daşınmaz əmlaka investisiya etməyi planlaşdıranlar üçün diqqətçəkən seçimlər sırasında yer alır.

Xüsusilə “Park Xırdalan” layihəsi münasib qiymətləri ilə seçilir. Layihədə 44 kvadratmetrdən başlayan 2 otaqlı studiya mənzillər üçün aylıq ödəniş 770 manatdan, ilkin ödəniş isə 16 400 manatdan başlayır. Bu isə mənzil sahibi olmaq istəyən ailələr üçün əlçatan imkan yaradır.

Azərbaycanın ən böyük yaşayış komplekslərindən biri hesab olunan “Park Xırdalan” geniş ərazisi, böyük parkı və zəngin infrastrukturu ilə fərqlənir. Yaşıllıq sahələri, istirahət və idman zonaları sakinlərə şəhər həyatının dinamikası ilə təbiətin rahatlığını bir arada yaşamaq imkanı təqdim edir.

Yaşayış kompleksində tam təmirli formada təhvil veriləcək 44 m2-dən 96 m2-dək 2 otaq studiya, 2 və 3 otaqlı mənzillər satışdadır.

Şəhər mərkəzinə daha yaxın ərazidə yerləşən “Biləcəri” layihəsində isə 54 kvadratmetrdən 109 kvadratmetrə qədər tam təmirli 2, 3, 4 otaqlı və studiya tipli mənzillər alıcılara təqdim olunur. Layihənin əsas üstünlüklərindən biri mənzillərin tikinti mərhələsindən satışa çıxarılmasıdır. Bu, həm daha sərfəli qiymətlə mənzil əldə etməyə, həm də gələcəkdə dəyər qazanacaq daşınmaz əmlaka yatırım etməyə imkan yaradır.

Hər iki layihədə sakinlərin rahatlığı üçün məktəb, bağça, uşaq oyun meydançaları, istirahət və idman sahələri, müxtəlif xidmət obyektləri nəzərdə tutulub. Komplekslər 24 saat mühafizə və müasir kamera nəzarət sistemi ilə təmin olunur.

Tikintidə yüksək səviyyəli səs və istilik izolyasiyası, beton pərdə sistemi, nəfəs alan divar texnologiyası, panoram pəncərələr və keyfiyyətli tikinti materiallarından istifadə edilir. Funksional planlaşdırma isə hər kvadratmetrdən maksimum səmərə ilə istifadə etməyə imkan verir.

Münasib qiymət, rahat ödəniş şərtləri, inkişaf edən infrastruktur və keyfiyyətli tikinti standartları “Biləcəri” və “Park Xırdalan” layihələrini ev almağı planlaşdıranlar üçün diqqətəlayiq seçimlərdən birinə çevirir.

Ətraflı məlumat üçün: *1544

Ünvanlar:

 “Biləcəri” Biləcəri qəsəbəsi  X. Natəvan küç 52C

“Park Xırdalan”  Xırdalan şəhəri ,Heydər Əliyev prospekti 30

kristal.az

24.06.2026 16:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19