Baydendən Rusiyaya qarşı sərt sanksiyalar!
ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalarla bağlı “Rusiya banklarına sanksiya tətbiq edirik. Rusiya banklarının Amerikadakı aktivləri dondurulacaq. Biz Rusiyada maliyyə və texnologiya sektorunu sıxışdıracağıq və yaxın illərdə onun imkanlarının azalacağını görəcəyik. Biz Rusiyanın yüksək texnologiya ixracatını yarıya endirmək qərarına gəldik”,- deyib.
Bayden mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı tətbiq edəcəyi yeni sanksiyaları açıqlayıb.
Marja xəbər verir ki, Baydenin açıqlamalarından diqqət çəkən məqamlar aşağıdakılardır:
-"Ukrayna sərhədində 175 min əsgər toplanıb. Putin hər cür yaxşı niyyətli cəhdi rədd etdi. Biz beynəlxalq hüququn pozulmasının şahidi olduq.
-"Ukrayna kimyəvi silahdan istifadə edəcək və soyqırıma hazırlaşacaq” kimi iddiaları eşitmişdik. Ukrayna torpaqlarında iki qondarma respublika Rusiya tərəfindən tanındı.
“Putin bunun nəticələrini çəkəcək”
- Putin müharibə elan etdi. Raketlər Ukraynanın tarixi şəhərlərinə düşməyə başlayıb. Tankların irəlilədiyini gördük. Biz Rusiyanın planlarını şəffaf şəkildə ictimaiyyətlə bölüşdük. Putin burada təcavüzkardır. O, müharibəni seçdi. İndi bunun nəticələrini o və ölkəsi çəkəcək.
- Düşünürük ki, sanksiyalar Rusiya iqtisadiyyatına həm indi, həm də zamanla təsir edəcək. Biz sanksiyaları uzunmüddətli təsirə malik olmaq üçün hazırlamışıq. Bunu açıq şəkildə demək istəyirəm. Biz aylardır ki, koalisiya yaradırıq.
- Söhbət dünyanın 50 faizini təşkil edən qrupdan gedir. Avropa İttifaqına üzv ölkələr, BƏƏ, Yaponiya. Biz Rusiyanın dollarla avro, funt və yen ilə ticarət imkanlarını məhdudlaşdıracağıq. Rusiya ordusunun maliyyələşdirilməsini məhdudlaşdıracağıq.
“Rusiya banklarının ABŞ-dakı aktivləri dondurulub”
- 21-ci əsrdə yüksək texnologiya və iqtisadiyyatın bir hissəsinə çevrilməsinin qarşısını almağa çalışacağıq. Rubl tarixinin ən aşağı səviyyəsini gördü, Rusiya Birjası çökdü. Bu kontekstdə biz Rusiya banklarına qarşı sanksiyalar tətbiq edirik.
- Rusiya banklarının Amerikadakı aktivləri dondurulacaq. Rusiyanın ikinci ən böyük bankı (VTB) da daxil olmaqla, Rusiya elitası, oliqarxları, ailə üzvləri sanksiyalara məruz qalacaqlar. Bunlar Putindən faydalanan seqmentlərdir. Sanksiyalar yaxın günlərdə də davam edəcək.
- Çərşənbə axşamı biz Rusiyanın vəsait toplamaq imkanını məhdudlaşdırdıq. Söhbət 1,4 trilyon dollarlıq aktivləri olan şirkətlərdən gedir. Biz Rusiyada maliyyə və texnologiya sektorunu sıxışdıracağıq və yaxın illərdə onun imkanlarının azalacağını görəcəyik. Biz Rusiyanın yüksək texnologiya ixracatını yarıya endirmək qərarına gəldik”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
5 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
7 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
7 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
7 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
8 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
