“Muğanbank” xalis mənfəət açıqladı - MALİYYƏ VƏZİYYƏTİ
“Muğanbank” ASC 2021-ci ilin 9 ayını 602 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 881 min manat xalis zərər ilə bağlamışdı. Bankın cəmi gəlirlərinin artması və mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş vəsait Bankın xalis mənfəət ilə fəaliyyət göstərməsini təmin edib.
Marja Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında “Muğanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 42 milyon 405 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 42 milyon 798 min manat təşkil edib. Bankın xərcləri gəlirlərini 393 min manat üstələyib. Mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş (qayıtmış) 995 min manat həm əməliyyat zərərini bağlayıb, həm də Bankın 602 min manat mənfəətə çıxmasını təmin edib.
Xatırldaq ki, 2020-ci ilin 9 ayında “Muğanbank”ın cəmi əməliyyat gəlirləri 33 milyon 769 min manat, cəmi əməliyyat xərcləri 35 milyon 335 min manat təşkil etmişdi. Bankın xərcləri gəlirlərini 1 milyon 565 min manat üstələmişdi. Mümkün zərərlər üçün yaradılan ehtiyatlara 315 min manat ayrılması ilə əlaqədar olaraq zərər 1 milyon 881 min manata yüksəlmişdi.
Diqqəti cəlb edən “Muğanbank”ın qeyri-faiz gəlirlərinin kəskin artması ilə əməliyyat zərərini 1,6 dəfə azaltmasıdır.
2021-ci ilin 9 ayında "Muğanbank"ın cəmi əməliyyat gəlirləri 8 milyon 636 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 463 min manat artıb. Gəlirlər xərclərdən 1 milyon 173 min manat çox artdığı üçün əməliyyat zərəri azalıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"Muğanbank"ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 53 milyon 24 min manat və ya 9% artaraq 643 milyon 930 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 590 milyon 906 min manat cəmi aktivlərə malik idi.
"Muğanbank" tərəfindən müştərilərə verilmiş kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 44 milyon 500 min manat və ya 13,2% artaraq 380 milyon 446 min manata çatıb. Bank 2020-ci ilin sonunda 335 milyon 946 min manat kredit portfelinə malik idi.
O cümlədən, "Muğanbank" tərəfindən verilmiş biznes kreditləri 45 milyon 26 min manat və ya 22,2% artaraq 248 milyon 229 min manata, istehlak kreditləri isə 4 milyon 178 min manat və ya 19,3% artaraq 25 milyon 863 min manata çatıb.
"Muğanbank"da depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 29 milyon 102 min manat artaraq 307 milyon 783 min manata qalxıb. 2020-ci ilin sonunda Bankda depozitlər 278 milyon 681 min manat təşkil etmişdi.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2021-ci il tarixində "Muğanbank" 101 milyon 347 min manat məcmu kapitala malik olub. Bank 2020-ci ilin sonunda 91 milyon 697 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
1 saat əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
2 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
Ən çox oxunanlar
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb





















