970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Faiz artımı barədə qərar qəbul edən Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini 1 faiz səviyyəsinə yüksəldib. Qlobal enerji qiymətlərində artımdan sonra atılan bu addım 1995-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.
AzVak-mobil_resmin_ustu_31
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiya Mərkəzi Bankı qlobal enerji qiymətlərində müşahidə olunan bahalaşmadan sonra uçot dərəcəsini 1995-ci ildən bəri ən yüksək səviyyəyə çatdırıb. Bank çərşənbə axşamı keçirilən iclasında uçot dərəcəsini 0,75 faizdən 1 faizə qaldırıb.

Marja xəbər verir ki, Bank faiz artımı qərarını qlobal inflyasiya təzyiqlərinin gücləndiyi bir dövrdə qəbul edib. İran müharibəsi səbəbindən yaşayış xərclərinin artması digər mərkəzi bankları da bu il ərzində faiz artırımlarına yönəldib.

Yaponiya isə aktiv qiymətlərindəki çöküşlə mübarizə aparmaq məqsədilə 1990-cı illərdə faiz dərəcələrini aqressiv şəkildə endirmişdi. Sonra ölkədə qiymətlərin azalması və iqtisadi artımın dayanması səbəbindən faizlər iyirmi il ərzində sıfıra yaxın səviyyədə qalıb.

Bank 2024-cü ilin martından etibarən faiz dərəcələrini mərhələli şəkildə artırır. 2024-cü ilin martındakı addım ölkədə 17 ildən sonra həyata keçirilən ilk faiz artımı kimi qeydə alınmışdı. Qlobal iqtisadçılar bildirirlər ki, iyirmi illik deflyasiya dövründən sonra Yaponiya artıq inflyasiya xarakterli yüksəliş dövrünə daxil olub. Ekspertlərin fikrincə, fövqəladə vəziyyət və böhran idarəçiliyi xarakterli pul siyasətinə artıq ehtiyac qalmayıb, bank normal pul siyasətinə qayıtmaq istəyir.

Artan enerji qiymətləri ölkədə inflyasiyanı sürətləndirir, Yaxın Şərq nefti və qazından böyük ölçüdə asılı olan Yaponiya kimi ölkələr üzərində təzyiqi artırır. Yaponiyada topdansatış qiymətləri may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizdən çox artaraq son üç ilin ən sürətli yüksəlişini qeydə alıb.

Buna baxmayaraq, aprel ayında 1,4 faiz səviyyəsində olan ümumi inflyasiya göstəricisi bankın 2 faizlik hədəfindən aşağı qalmaqda davam edir. Bank faiz artımı məsələsində mürəkkəb balanslaşdırma prosesi aparır. Yüksək faiz dərəcələri inflyasiyanın azalmasına kömək etsə də, borclanma xərclərini artıraraq hökumət və bizneslər üçün xərcləri yüksəldir.

İş elanları AzVak.az-da

Bank faiz qərarı ilə ABŞ dolları və avro kimi əsas valyutalar qarşısında təzyiq altında qalan yenin məzənnəsini sabitləşdirməyi hədəfləyir. Maliyyə ekspertləri yenin həddindən artıq ucuzlaşdığına və milli valyutanın gücləndirilməsinin iqtisadiyyata zərər verməyəcəyi barədə yanaşmanın formalaşdığını vurğulayırlar.

Faiz artımına baxmayaraq, Yaponiyada faiz dərəcəsi digər böyük iqtisadiyyatlarla müqayisədə aşağı qalmaqda davam edir. Məsələn, ABŞ və Böyük Britaniyada faiz dərəcələri 3 faizdən yuxarıdır. Hər iki ölkənin mərkəzi banklarının bu həftə keçirəcəyi iclaslarda faiz dərəcələrini dəyişməz saxlayacağı gözlənilir. 

Yaponiya Mərkəzi Bankı Yaponiya faiz qərarı Yaponiya uçot dərəcəsi Yaponiya faiz artımı Yaponiya faiz dərəcəsi Bank of Japan BOJ faiz qərarı Yaponiya Mərkəzi Bankı faiz artırdı Yaponiya uçot dərəcəsi 1 faiz Yaponiya faizləri 1995-ci ildən bəri ən yüksək səviyyədə Yaponiya iqtisadiyyatı Yaponiya pul siyasəti Yaponiya normal pul siyasətinə qayıdır Yaponiya deflyasiya dövrü Yaponiya inflyasiya dövrü Yaponiyada inflyasiya Yaponiyada qiymət artımı Yaponiyada topdansatış qiymətləri Yaponiya enerji qiymətləri qlobal enerji qiymətləri enerji bahalaşması
16.06.2026 07:56
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19