Alüminiumun qiymətində 2008-ci ilin iyul ayından bəri bir ilk
Alüminiumun qiyməti 2008 -ci ilin iyul ayından bəri ilk dəfə olaraq hər ton üçün 3200 dollark keçib.
London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun qiyməti 2008-ci ilin iyul ayından bu yana ilk dəfə olaraq hər ton üçün 3200 dollardan yuxarı qalxıb.
Marja LME-nin məlumatlarına istinadən xəbər verir ki, alüminiumun qiyməti 3,1% artaraq bir ton üçün 3215 dollara çatıb.
Alüminium kotirovkalarının artması bu məhsulu istehsal edən şirkətlərin səhmlərinin bahalaşmasına səbəb olur. Moskva Birjasında keçirilən ticarət zamanı "En + Group" şirkətinin ("Rusal"ın nəzarət səhm paketinə sahibdir) səhmləri 1,4% artaraq hər səhmə görə 9958,5 rubla yüksəlib.
Cümə günü Honq Konq Birjasında "Rusal" şirkətinin səhmləri 6.35% artaraq 8.71 Honq Konq dollarına (1.12 $) çatlb və bu, 2011-ci ilin Avqust ayından bəri ən yüksək səviyyədir.
Analitiklərin fikrincə, alüminiumun qiymətinin artmasına Çində termal kömür çatışmazlığı və ümumi enerji qiymətlərinin artması səbəb olur. Mütəxəssislər deyirlər ki, elektrik stansiyalarında istifadə olunan kömür çatışmazlığı və bunun nəticəsində elektrik enerjisi təchizatına qoyulan məhdudiyyətlər səbəbindən metalların, o cümlədən alüminium istehsalı azala bilər.
Həmçinin oxu
Mis qiymətləri kəskin yüksəldi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
