Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyə hesabatını təqdim edib.

Bankın yaydığı press-relizdə bildirilir ki, 31 dekabr 2025-ci ilə aid hesabata görə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub.

Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib. 

Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin birinci bankı 315 milyon manat  xalis mənfəət əldə edib. Bu, bankın 2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən 68,9% daha çoxdur.

Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib. Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak kreditlərinin payına düşüb

Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində 7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823 min manata çatıb.

2025-ci ilə bankın kapitalı da 27% artıb. 2024-cü ildə bu göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1 milyard 178 milyon 338 min manata çatıb. Qeyd edək ki, bankın kapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum 12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.

2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankın nüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətli faktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməklə yanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilər üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.

İş elanları AzVak.az-da

Kapital Bank Kapital Bank ASC ölkənin birinci bankı 2025 maliyyə hesabatı bank maliyyə nəticələri cəmi gəlirlər bank gəlirləri artımı faiz gəlirləri qeyri-faiz gəlirləri xalis mənfəət bank mənfəəti 2024-2025 müqayisəsi Azərbaycan bank sektoru maliyyə bazarı banklar arasında liderlik kredit portfeli istehlak kreditləri biznes kreditləri bank kreditləri depozit portfeli hüquqi şəxslərin depozitləri fiziki şəxslərin depozitləri bank kapitalı kapital adekvatlığı I dərəcəli kapital maliyyə dayanıqlılığı risklərin idarə edilməsi sistem əhəmiyyətli bank PAŞA Holding filial şəbəkəsi bank aktivləri bank göstəriciləri Marja.az xəbər Azərbaycan iqtisadiyyatı bank xəbərləri
15.01.2026 09:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18