Koronavirusun peyvəndlərə qarşı müqavimətli ola biləcək variantı yayılır - "MU" XƏBƏRDARLIĞI
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftəlik hesabatını, xüsusilə Cənub Amerikadan yayılan koronavirusun "B. 1.621" ştammına (variantına) həsr edib. ÜST koronavirusun bu yeni ştammını “Mu” adlandırıb.
Marja xəbər verir ki, hesabatda; bu variantın "araşdırılması" lazım olan variantlar arasında olduğuna diqqət çəkilib, Cənub Amerika və Avropada yoluxmalar olduğu qeyd edilib.
ÜST, "Mu" variantının peyvəndlərə qarşı daha müqavimətli ola biləcəyini düşündürən mutasiyalara sahib olduğunu, ancaq bunu tam dəqiqləşdirmək üçün yeni araşdırmalara və məlumatlara ehtiyac olduğunu bildirib.
ÜST, “Mu” variantının qlobal yayılmasının hazırda 0,1% səviyyələrində olmasına baxmayaraq, Kolombiyada yoluxanların 39%-ni, Ekvadordakı yoluxanların isə 13%-ni təşkil etdiyini bildirib və yayılmasında davamlı artımda olduğu vurğulayıb.
ÜST, koronavirus variantlarını iki sinifə ayıraraq araşdırır. Bunlar, VOC (narahatlıq yaradan variantlar) və VOI (izlənən variantlar) olaraq təsnif edilir. İndiyə qədər dörd variant narahatlıq yaradan variantlar siyahısına daxil olub. Bunlar; 193 ölkədə görülən Alfa, 141 ölkədə görülən Beta, 91 ölkədə təsbit edilən Gamma, 170 ölkədə təsbit edilən və son dövrdə təsirli olan Delta variantlarıdır. "Mu" hələlik "izlənən variantlar" arasında təsnif edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















