600 milyon şüşə şərab - ÇİNİN YENİ HƏDƏFİ
Asiya nəhəngi Fransa kimi məşhur istehsalçılarla yarışa girir...Çinin mərkəzi hökuməti ölkənin şərab istehsalını kəskin artırmaq niyyətindədir.
Marja xəbər verir ki, ötən həftə Çin Kənd Təsərrüfatı Nazirliyi Ningxia Hui Muxtar Regionunda şərab istehsalının inkişafına dair 15 illik planın təsdiqləndiyini bildirib. Hədəf 2035-ci ilə qədər 20 milyard yuan (3,12 milyard dollar) olan 600 milyon şüşə şərab istehsal etməkdir.
Bu planla Çin ən iri şərab istehsalçılarından olan Fransanın Bordo bölgəsi ilə rəqabət apara bilər. Ötən il Fransanın əsas şərab istehsalçısı olan bu region dəyəri 3,5 milyard avro (4,16 milyard dollar) olan 522 milyon şüşə şərab istehsal edib.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının 2020-ci ilə dair hesabatına görə, Çin dünyada altıncı ən böyük şərab istehlak edən ölkə və 10-cu ən iri istehsalçıdır. Ötən il Ningxia bölgəsinin şərab ixracı 46% artaraq, 415 min dollara çatıb. Əsas alıcılar ABŞ, Avropa İttifaqı, Yaponiya və Avstraliyadır. Hökumətin 2035-ci ilə qədər qoyduğu ambisiyalı hədəfə necə çatacağı maraqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)







