Tramp İrana təşəkkür etdi
Donald Tramp, İran Hörmüz boğazının açıldığını elan etməsindən sonra “təşəkkür edirəm” deyib.ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
"Hörmüz boğazə tamamilə açıqdır. Lakin İranla apardığımız danışıqlar 100% tamamlanana qədər dəniz mühasirəsi tam qüvvədə qalacaq. Bu proses çox tez başa çatmalıdır, çünki maddələrin böyük hissəsi artıq razılaşdırılıb", - paylaşımda deyilir.
Tram digər paylaşımında yazıb:
"İran yeni açıqlayıb ki, Hörmüz boğazı tamamilə açıqdır. Təşəkkür edirəm!"
Hər gün yeni vakansiyalar - AzVak.az-da
XXX
İran və ABŞ Hörmüz boğazının “tamamilə açıq” olduğunu bildiriblər, lakin İran keçidin Tehranın müəyyən etdiyi “razılaşdırılmış marşrut” üzrə həyata keçirildiyini əlavə edib.
Marja xəbər verir ki, İran xarici işlər naziri Seyed Abbas Arakçi cümə günü "X" platformasında paylaşım edərək bildirib ki, atəşkəsin qalan müddəti üçün dəniz nəqliyyatı Hörmüz boğazından “tamamilə açıq elan edilir”.
Bir neçə dəqiqə sonra ABŞ prezidenti Donald Tramp sosial media paylaşımında bildirib: “Hörmüz boğazı tam açıqdır və tam keçid üçün hazırdır.”
“THANK YOU!” — deyə Donald Trump öz "Truth Social" platformasında yazıb.
Bu iki açıqlama Hörmüz boğazı ətrafında yaranmış böhranın müsbət istiqamətdə həll olunduğuna işarə edir və Pakistanın vasitəçiliyi ilə ABŞ–İran danışıqlarının ikinci raunduna doğru yeni diplomatik dinamikanın formalaşdığı bildirilir.
Məlumata görə, müharibədən əvvəl dünya neftinin və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri Hörmüz boğazı vasitəsilə daşınırdı. Müharibə başlayandan sonra bu marşrut üzrə nəqliyyat demək olar ki, tam dayanıb.
ABŞ-ın dəniz blokadası bazar ertəsi qüvvəyə minib və prezident Donald Tramp bildirib ki, blokadanı pozmağa çalışan istənilən gəmi “məhv ediləcək”.
Donald Tramp həmçinin bildirib ki, İran donanması “tamamilə məhv edilib” və “dənizin dibindədir — 158 gəmi”. O, az sayda kiçik gəmilərin hələ hədəf alınmadığını qeyd edib.
Bu vəziyyət dünya üzrə enerji qiymətlərində kəskin artıma səbəb olmuşdu. Beynəlxalq Enerji Agentliyi rəhbəri cümə axşamı bildirib ki, təchizat davamlı şəkildə bloklanarsa, Avropada cəmi “təxminən 6 həftəlik aviasiya yanacağı” qala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)







