Avropa İttifaqı milyardlıq çəkişmədə AstraZeneca-ya uduzdu
Məhkəmə vaksin şirkətinə irihəcmli cərimə tətbiqindən imtina edib.Avropa İttifaqı COVID-19 peyvəndlərinin təchizatı ilə bağlı ən iri vaksin istehsalçılarından biri olan AstraZeneca şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasını uduzub.
Marja xəbər verir ki, ilin əvvəlində Avropa Komissiyası və AstraZeneca arasında imzalanan müqaviləyə əsasən, şirkət 2021-ci ilin birinci yarısında 300 milyon doza peyvənd təchiz etməli idi. Lakin iri vaksin istehsalçısı Böyük Britaniyadakı zavodlarında yaranan problem səbəbindən nəzərdə tutulan həcmin cəmi yarısını təchiz edəcəyini bildirmişdi.
Tərəflər arasındakı bir neçə aylıq mübahisə nəticədə mayda başlanan məhkəmə çəkişməsi ilə nəticələnib. Avropa İttifaqı şirkətdən iyunun sonuna qədər 120 milyon vaksin təchiz etməyi, əks təqdirdə gecikdirilən hər doza üçün 10 avro cərimə ödəməyi tələb edirdi. Ötən gün Brüssel məhkəməsi məsələ ilə bağlı qərarında “şirkətin müqavilə öhdəliklərini pozduğunu” bildirsə də, cərimə və yeni təchizat qrafiki ilə bağlı iddianı təmin etməyib.
Əvəzində məhkəmə şirkətin üzərinə sentyabrın sonuna qədər cəmi 80 milyon doza vaksin təchiz etmək öhdəliyi qoyub ki, bunun da icrası çətinlik törətməyəcək. Çünki indiyə kimi artıq 70 milyon doza peyvənd Avropa Komissiyasına təhvil verilib. Qərarla razılaşmayan Avropa İttifaqının AstraZenecaya qarşı qaldırdığı digər oxşar iddiaya isə məhkəmə senytabrda baxacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







