Məşhur oyunun sahibindən yeni hədəf - 5 milyard dollar!
PUBG oyununu hazırlayan şirkət IPO-ya çıxır.Qlobal miqyasda çox böyük populyarlıq qazanmış PUBG (PlayerUnknown’s Battleground) oyununu hazırlayan şirkət səhmlərini satır.
Marja xəbər verir ki, Cənubi Koreyanın video-oyun qrupu Krafton iyulda baş tutacaq Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsində (IPO) 5,6 trilyon von (5 milyard dollar) vəsait cəlb etmək niyyətindədir.
2007-ci ildə yaradılmış və ilk adı Bluehole olan Kraftonun tarixində PUBG ən çox gəlir gətirən oyundur. Kompüter və oyun konsolları vasitəsilə 75 milyon ədəd satılan PUBG-ni 1 milyarddan artıq smartfon istifadəçisi də öz telefonuna yükləyib. Ötən il şirkətin gəliri 1,49 milyard dollar, mənfəəti isə 692 milyon dollar təşkil edib.
IPO tam həcmdə baş tutsa, Kraftonun bazar dəyəri 28 trilyon vona (25 milyard dollara) çatmaqla, Cənubi Koreya tarixində ən iri açıq səhm satışı olacaq. Bundan öncə mart ayında elektron ticartət platforması Coupang Nyu-Yorkda IPO vasitəsilə 4,6 milyard dollar cəlb etmişdi.
Cənubi Koreyanın digər nəhəng şirkətləri - Hyundai-nin gəmiqayırma bölməsi avqustda 1,5 milyard dollar, LG Electronics isə sentyabrda 9-13 milyard dollar vəsait cəlb etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






