“EY Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin finalı bu gün keçiriləcək
EY şirkəti (Ernst & Young) hər il keçirilən “EY Dünya Üzrə İlin İş Adamı” mükafatının qalibini bu gün elan edəcək.
"Ernst & Young Holdings (CIS) B.V." Azərbaycan Respublikasındakı filialından Marja-ya verilən məlumata görə, dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır.
Proqram ən uğurlu sahibkarları tanıyır
“EY İlin İş Adamı” 30 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində fəaliyyət göstərir. Proqramda iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komandalarının nüfuzunu artıra bilərlər.
Ölkə üzrə qaliblər müsabiqənin beynəlxalq mərhələsində bir araya gələrək “Dünya Üzrə İlin İş Adamı” adı uğrunda yarışırlar.
EY şirkəti sahibkarlığa xüsusi dəstək göstərir
EY şirkəti sahibkarların uğurlarını tanımaq üçün hər il bu proqramı həyata keçirir. Sahibkarlar xüsusi bacarıq və ambisiyalara malikdir. Olduqca nikbin və eyni zamanda bacarıqlı iş adamları çətin dövrlərdə yeni imkanlar aşkar edir və çətinlikləri dəf etməkdə hər zaman öndə olurlar. Bu gün bütün dünyada sahibkarlar pandemiyanın fəsadlarına məruz qalan iqtisadiyyatın dirçəlməsində aparıcı rol oynayırlar.
Azərbaycanı kim təmsil edəcək?
“Resm” şirkətinin (www.resm.az) təsisçisi Rəsminə Qürbətova bu il Azərbaycanda keçirilən müsabiqədə qalib gələrək ölkəmizi proqramın beynəlxalq mərhələsində təmsil etmək imkanını qazanıb.
Tədbiri necə izləmək və səs vermədə nə cür iştirak etmək olar?
2021-ci ilin “EY Dünya Üzrə İlin İş Adamı” adını kimin qazanacağını öyrənmək üçün 10 iyun tarixində Bakı vaxtı ilə 22:00-da mükafatlandırma mərasimini canlı izləyin www.cnbc.com/weoy.
Öz uğur hekayəsi ilə sizi ilhamlandıran namizədlərə dəstək vermək üçün aşağıdakı linkə daxil olaraq onlara səs verə bilərsiniz: www.ey.com/en_gl/weoy/class-of-2021.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























