Rusiyanın qızıl hasilatçısı Londonda IPO-ya çıxır
Qızıl qiymətlərinin artması bu sektoru canlandırıb.Rusiyanın iri qızıl hasilatçısı, Rusiya, Qazaxıstan, Kanada, Burkina Faso və Qvineyada doqquz mədənə sahib olan və təsdiq edilmiş qızıl ehtiyatlarının həcmi 33 milyon unsiya təşkil edən NordGold bu həftə London birjasında listinqə çıxmaq (İPO - Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi) üçün sənədlərini təqdim edəcək.
Marja xəbər verir ki, Moskva birjasında da qeydiyyatdan keçmiş şirkət IPO vasitəsilə səhmlərinin 25%-ni satmaq niyyətindədir.
Qızıl qiymətləri martdan bəri 10% artaraq, bir unsiyaya görə 1906 dolları keçib. İnvestorların artan inflyasiya qarşısında hedc vasitəsi kimi bu qiymətli metalı daha çox həcmdə alması da qiymət artımına təkan verir. İri qızıl hasilatçılarının səhmlərini izləyən NYSE Area Gold Bugs indeksi son 3 ayda 29 faiz yüksəlib.
NordGold Şimali Amerikadakı rəqibləri ilə müqayisədə daha yüksək dividendlər (bu il 400 milyon dollar) ödəməklə investorları cəlb etməyə ümid edir. Hazırda Rusiyanın Uzaq Şərq bölgəsində iki qızıl yatağını istismar edən şirkət növbəti 5 il ərzində burda hasilatı 20% artıracağına əmindir. Dünyanın ən iri qızıl hasilatçısı, ABŞ-ın Newmont Goldcorp şirkəti isə 2025-ci ilə qədər hasilatı sabit səviyyədə saxlayacaq.
NordGold hazırda ildə 1 milyon unsiya qızıl istehsal edir. Şirkətin ötən ilki EBITDA-sı (faiz, vergi öhdəlikləri və amortizasiya xərclərindən öncəki gəlirləri) 1 milyard dolları keçib. Rusiyanın ən böyük istehsalçısı, London birjasının üzvü və bazar dəyəri 82 milyard funt-sterlinq (116,15 milyard dollar) təşkil edən Polimetal 2020-ci ildə 1,4 milyon unsiya, bazarda ən böyük payçılardan biri Endavour isə 1,5 milyon unsiya qızıl hasil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər


















.jpg)





