“Nissan” yeni batareya müəssisələri tikdirəcək
“Nissan Motor Co.” şirkəti Yaponiyada və Böyük Britaniyada elektromobil batareyaları istehsal edəcək iki müəssisənin tikintisinə 200 milyard yen (1,8 milyard ABŞ dolları) həcmində vəsait qoyacaq.
Nikkei” xəbər verir ki, dünyanın 7-ci ən böyük elektromobil batareyaları istehsalçısı olan Çinin “Envision AESC” şirkətinin idarəçiliyində olacaq hər iki müəssisənin 2024-cü ildən fəaliyyətə başlayaraq ildə 700 minədək elektromobil üçün batareyalar istehsal edəcəyi gözlənilir. Bununla da şirkət ümumi istehsal gücünü ildə 900 min batareyaya çatdıqmağı hədəfləyir. Belə ki, hazırda "Nissan" ildə 180 min elektromobil elementi istehsal edir.
Şirkət həmçinin Çinin CATL, Cənubi Koreyanın "LG Chem" kimi iri batareya istehsalçıları ilə də yeni müəssisə tikintisinə dair danışıqülar aparır.
Bundan əvvəl “FT” xəbər vermişdi ki, “Nissan” Sanderland şəhərindəki mövcud müəssisəsində ildə 200 min elektromobil batareyası istehsalını təşkil etmək üçün Böyük Britaniya hökumətilə səmərəli danışıqlar aparır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






