6 trilyon dollarlıq büdcə təklifi
ABŞ Prezidenti Co Bayden (Joe Biden) 2022-ci maliyyə ili üzrə 6 trilyon dollarlıq büdcə təklifini təqdim edib.
Marja xəbər verir ki, təklif infrastruktur, səhiyyə və təhsil kimi xərclərin artırılmasını nəzərdə tutur.
Marja xəbər verir ki, Ağ Ev, 1 Oktyabrda başlayacaq 2022-ci maliyyə ili üzrə hökumət xərclərini ehtiva edən büdcə təklifini ABŞ Konqresinə təqdim edib. Büdcədə, 2022-ci maliyyə ilində 4,17 trilyon dollarlıq gəlir təmin edilməsi hədəflənir, 6 trilyon dollarlıq xərclənməsi planlaşdırılır.
Baydenin keçən aylarda təqdim etdiyi, infrastruktur paketi olaraq da adlandırılan 2,3 trilyon dollarlıq Amerikan Məşğulluq Planı ilə 1,8 trilyon dollarlıq Amerikan Ailələr Planı da büdcədə yer alır.
Əhatəli büdcə təklifi, aprel ayında açıqlanan1,52 trilyon dollarlıq istəyə bağlı büdcə planını da əhatə edir.
BÜDCƏ KƏSİRİNİN 1,8 TRİLYON DOLLAR OLMASI GÖLƏNİLİR
Yeni növ koronavirus (Kovid-19) epidemiyasının təsirilə son 2 ildə artan hökumətin büdcə kəsirinin 2022-ci maliyyə ilində 1,8 trilyon dollara geriləməsi təxmin edilir.
ABŞ-da federal hökumətin, epidemiyaya qarşı çəkilən xərclər səbəbilə 2020-ci maliyyə ilində 3,1 trilyon dollar kəsiri olub. Büdcə kəsirinin 2021-ci maliyyə ilində 3,7 trilyon dollar olacağı nəzərdə tutulmuşdur.
Bayden hökumətinin büdcə təklifində, sərmayələr ilə bərabər vergi tənzimləmələri də yer alır. Belə ki, mənfəət vergisi dərəcəsinin 21%-dən 28%-ə yüksəldilməsi planlaşdırılır.
MÜXALİFƏT İLƏ QARŞI-QARŞIYA
İqtisadi təxminlərin də yer aldığı büdcə təklifində, ABŞ iqtisadiyyatının 2021-ci ildə 5,2%, 2022-ci ildə 4,3% və 2023-cü ildə isə 2,2% artacağı nəzərdə tutulur.
Ölkədə İstehlakçı Qiymətləri İndeksinin (inflyasiya) isə 2021 və 2022-də illik 2,1%, 2023-cü ildə 2,2% təşkil edəcəyi təxmin edilir.
Büdcə təklifinin federal xərcləri 2-ci Dünya müharibəsindən bu yana qeydə alınan ən yüksək səviyyə olacaq. Respublikaçılar Baydenin xərclərin və verginin artırılması planına borc yükünü və inflyasiyasnı artıracağı səbəbilə qarşı çıxır.
Baydenin büdcə təklifinin Konqresdə aylar davam edəcək çətin müzakirələri olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






