Xiaomi-nin mənfəəti 260% artıb
Aparıcı smartfon istehsalçısı Çinin Xiaomi şirkətinin xalis mənfəəti ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə 260,6% artaraq 7,8 milyard yuan (1,2 milyard dollar) təşkil edib.
Bu barədə Marja korporasiyanın maliyyə hesabatlarına istinadən xəbər verir.
Xiaomi-nin gəlirləri mütəxəssislərin proqnozlarını üstələyərək, yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 54,7% artaraq 76,9 milyon yuan (təxminən 12 milyard dollar) təşkil edib. Bu göstəricilərdəki yaxşılaşma daxili və qlobal bazarlarda smartfon təklifinin artması ilə əlaqədardır: birinci rübdə onların həcmi 49,4 milyon ədədə çatıb. Bu, Xiaomi-ni smartfonlar üzrə Samsung və Apple şirkətlərindən sonra üçüncü ən böyük ixracatçı edir. İlin sonuna qədər Çinli istehsalçı bu rəqəmi 200 milyona çatdıracağını gözləyir.
Xiaomi korporasiyası 2010-cu ilin aprelində qurulub. 2018-ci ildə Honq Konq birjasında ilk kütləvi təklifini edib. Cümə axşamı səhər şirkətin səhmləri 4%-dən çox artaraq 29,3 HK $ (3,8 $) olub.
Bir neçə gün öncə ABŞ məhkəməsi, Pentaqonun Xiaomi-nin "Çin hərbi müəssisələri" siyahısına daxil etmək qərarını etibarsız elan edib. Beləliklə, amerikalı investorlar Xiaomi səhmlərini qanuni olaraq ala biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






