Google-dan 20 min nəfərlik meqaşəhərcik
ABŞ-ın texnologiya nəhəngi San-Xosedə milyardlarla dollar dəyərində kampus qurmaq üçün icazəni alıb.Transmilli Amerikan texnologiya şirkəti, Amazon, Facebook, Microsoft və Apple ilə birlikdə ABŞ-ın beş ən böyük texnoloji nəhənglərindən olan Google LLC yeni meqalayihəsinə başlamaq üçün ilk addımları atıb.
Marja xəbər verir ki, dünən Kaliforniya ştatının üçüncü ən böyük şəhəri San-Xosenin şəhər şurası Google-un 4 ildir üzərində iş gedən yeni texnoşəhərcik layihəsini təsdiq edib. Plana görə, Google 32 hektardan artıq ərazini abadlaşdıraraq, burda 20 min işçi üçün 7,3 milyon kvadrat metrlik ofis sahəsi və 4 min yaşayış obyekti tikəcək.
Meqalayihə Google-un qapalı texnoloji məkanlardan uzaqlaşmaq, işçilər üçün daha geniş fəaliyyət yeri təşkil etmək və ofis icarəsinin bahalı olduğa iri şəhərlərdən daha təmiz regionlara köçmək strategiyasının tərkib hissəsidir. Downtown West Campus adı verilən şəhərcikdə Google-un korporativ qonaqları üçün 300 otel nömrəsi və 800 kiçik villa tipli iqamətgah da inşa olunacaqdır. Ərazinin yarısı yaşayış obyektləri, parklar, restoranlar, pərakəndə satış məntəqələri, əyləncə məkanları və ekoloji mənzərə stansiyaları üçün ayrılacaqdır.
Tikintinin ən tezi gələn il başlaması gözlənilir, lakin tam yekunlaşdırılması üçün 10 ildən 30 ilə qədər vaxt lazım olacaq. Ofis məkanları istisna olmaqla, Google təkcə parklar, səkilər və tarixi qoruq hissəsi üçün 1 milyard dollar vəsait ödəyəcək. Torpaq və infrastruktur xərcləri 265 milyon dollar, köçürülmə və yerli sakinlər üçün iş imkanları məqsədilə əlavə 200 milyon dollar xərclənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






