“Ceyms Bond”un şirkəti satılır - 9 MİLYARD DOLLARA
Studiya “iri balıqlar”ın hələlik udmadığı nadir Hollywood sakinlərindən biridir.Dünyanın ən zəngin insanı Jeff Bezosun rəhbərlik etdiyi Amazon şirkəti indi də film sənayesinə qoşulmaq niyyətindədir.
Marja amerikan KİV-lərinə istinadla xəbər verir ki, Amazon bu məqsədlə məşhur “Ceyms Bond” filmləri franşizasının sahibi MGM studiyası ilə danışıqlara başlayıb. Bezos MGM-ə sahib olmaq üçün 9 milyard dollar təklif edib.
Meqa şirkətlərin texnologiya, teleyayım, prodakşn, kino və əyləncə sənayesindəki uğurlu kompaniyaları sürətlə alaraq öz tərkibinə qatması dalğasında MGM hələ də təkbaşına fəaliyyət göstərən azsaylı Hollywood studiyalarından biridir. Xatırladaq ki, ABŞ-ın telekommunikasiya şirkəti Comcast 2013-cü ildə Universal Pictures-i və onun ana şirkəti NBCUniversal-ı 13,75 milyard dollara satın alıb. Dünyanın ən iri telekommunikasiya şirkəti olan AT&T 2018-ci ildə Time Warner-i almaq üçün rekord məbləğ - 85 milyard dollar xərcləyib. 2019-cu ildə isə məşhur Disney amerikan media korporasiyası və prodakşn şirkəti 21st Century Fox-u 71,3 milyard dollara alaraq, öz tərkibinə qatıb. Hələ 1993-cü ildə digər bir amerikan nəhəng media holdingi Viacom 10 milyard dollarından keçərək, Paramount Pictures-a sahib olmuşdu.
Koronavirus pandemiyası əksər sahələrə olduğu kimi, kino sənayesinə də ciddi ziyan vurub. MGM studiyası kinoteatrların bağlı olması səbəbindən ötən il Bond seriyasının yeni blokbasteri “No Time to Die”-ın premyerasını dörd dəfə təxirə salmalı olub. Filmin nəhayət bu il sentyabrın 30-da Böyük Britaniyada, oktyabrın 8-də isə ABŞ kinoteatrlarında nümayiş etdiriləcəyi gözlənilir. Şirkət cari ilin birinci rübünü 403 milyon dollar gəlir və 29 milyon dollar xalis mənfəətlə başa vurub.
Hələlik Amazon və MGM məsələ barəsində şərh verməyiblər.
Həmçinin oxu
Netflix-ə yeni amansız rəqib gəlirMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)







