Bu Novruz Hesab.az hər kəsi qazandırır!
İstifadəçilər 2 qat Hesab Koin və ya Bonuslar qazanacaqlar.(®️) Milli bayramımız olan Novruz bayramı sevinc və bərəkət rəmzidir. Hesab.az onlayn ödəmə portalı rəngarəngliyi ilə seçilən, fərqli adət-ənənələr ilə zəngin olan, ən vacibi isə yurdumuza bahar gətirən Novruz bayramı ilə bağlı istfadəçilərini sevindirən kampaniyalar ilə onları hədiyyəsiz qoymayacaq.
Bayramın kampaniyasına əsasən 19-31 Mart tarixlərində Hesab.az-da qeydiyyatlı olaraq istənilən məbləğdə edilən bütün ödənişlər zamanı (sığorta ödənişləri istisna olmaqla) istifadəçilər 2 qat Hesab Koin və ya Bonuslar qazanacaqlar.
Eyni zamanda, loyallıq proqramı çərçivəsində təqdim edilən Dərhal dəyiş bölməsində artıq istifadəçilər ödənişlər zamanı qazandıqları Hesab Koinləri də, hədiyyə və endirimlərə dəyişə biləcəklər. Elektronik hədiyyələrdən planşet, DVD, yaddaş kartları və sair kimi dəyərli hədiyyələr, endirim və kuponlar təklif olunur.
Hesab Koin “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan onlayn ödənişlər üçün nəzərdə tutulan Hesab.az-ın virtual məhsulu hesab olunur.
Məlumat üçün bildirək ki, “Qazananlar Klubu” Hesab.az-ın sadiqlik proqramı çərçivəsində təqdim etdiyi proqramdır və Hesab.az-da qeydiyyatlı olan yaxud yeni qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu”-na avtomatik qoşulurlar və ödənişləri müqabilində bonuslar toplaya və ya seçimi dəyişərək Hesab Koin qazana bilirlər. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.
“Qazananlar Klubu”-nun yaxşı tərəflərindən biri də odur ki, istifadəçilər Hesab.az-da seçimlərini hər zaman dəyişə bilərlər, lakin qazandıqları bonuslar və Hesab Koinlər bu dəyişiklikdən heç bir şəkildə təsirlənmir.
GoldenPay şirkəti - Hesab.az komandası bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bayram günlərində bahar əhval-ruhiyyəsi, can sağlığı və xoş günlər arzulayır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















