Azərbaycanın ən böyük yarımstansiyası yenidən qurulur - VİDEO
“AzərEnerji” ASC ölkənin ən böyük və bir nömrəli strateji əhəmiyyətli yarımstansiyası hesab olunan və 36 il əvvəl tikildiyindən istismar müddətini başa vuran 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurur.
ASC-dən verilən məlumata görə, bir neçə ay əvvəl başlanan yenidənqurma işləri nəticəsində “Abşeron” yarımstansiyasının 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilib. Tikintisi nəzərdə tutulan, Azərbaycan və Rusiya enerji sistemlərini əlaqələndirən ikinci 330 kV-luq “Dərbənd” Hava Xəttinin yuvası quraşdırılıb. Ərazidə müasir tipli rəqəmsal panellər, mikroprosessor tipli rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunan yeni idarəetmə binası tikilib. Hazırda avadanlıqların montaj işləri aparılır. Burada məsafədən idarəolunan SCADA dispetçer sistemi, yeni layihə əsasında əks-qəza avtomatikası və yanğınsöndürmə sistemi yaradılır. Yarımstansiyaya 3 km məsafədə yeni asfalt yol çəkilir.
Qeyd edək ki, bütövlükdə Bakı və Abşeron yarımadasını elektrik enerjisi ilə təchiz edən 3 ədəd 220 kilovoltluq “Xırdalan”, “Müşfiq” və “Hövsan” yarımstansiyaları məhz “Abşeron” yarımstansiyasından qidalanır.
Eyni zamanda Mingəçevir və Şirvan şəhərlərindəki elektrik stansiyalarından gələn 500 və 330 kilovoltluq hava xətləri birbaşa “Abşeron” yarımstansiyasına daxil olur və strateji əhəmiyyətli yarımstansiya “Sumqayıt” Elektrik Stansiyası, “Yaşma”, “Ağsu” və “Qəbələ” yarımstansiyalarını da əlaqələndirir. “Abşeron” yarımstansiyasında yenidənqurma işlərinin cari ilin may ayınadək başa çatdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
17 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
57 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb






















