Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR

İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 282-yə çatıb.
AzVak-mobil_resmin_ustu_31
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI,  3 İL VERGİDƏN AZADDIRLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 14 müraciət daxil olub.

Marja xəbər verir ki, müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 282-yə çatıb.

“Startap” şəhadətnamələri “İşhesabı” MMC-nin bulud əsaslı ERP (müəssisə resurslarının idarəetmə sistemi) platforması, “Bonfi” MMC-nin rəqəmsal imtiyazlar həlli, “Qalan” MMC-nin məktəblilər üçün riyaziyyat təmayüllü onlayn təhsil platforması, “Splus az” MMC-nin ağıllı bina idarəetmə və sakinlərə xidmət platforması, “Vexvon” MMC-nin süni intellekt əsaslı müştəri kommunikasiya və satış avtomatlaşdırma platforması, “Anacan” MMC-nin qadınlar üçün rəqəmsal bələdçi, “Chevvick Solutions” MMC-nin mobil ödəniş platforması, “Too Far Logistics and Consulting” MMC-nin kommersiya təşkilatları arasında müqavilə münasibətlərinin elektron idarəedilməsi, imzalanması və arxivləşməsi platforması, “S2 Studio” MMC-nin mobil restoran rezervasiya platforması, “Viralix” MMC-nin süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam idarəetmə platforması layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

İş elanları AzVak.az-da

Startap şəhadətnaməsi KOBİA Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB subyektləri mikro sahibkarlar kiçik sahibkarlar startaplar Azərbaycanda startaplar startap şəhadətnaməsi alan şirkətlər 282 KOB subyekti vergi güzəşti mənfəət vergisindən azadolma gəlir vergisindən azadolma startap layihələri Ekspertlər Şurası startap müraciəti startap şəhadətnaməsi üçün müraciət KOBİA startap şəhadətnaməsi rəqəmsal platformalar bulud əsaslı ERP platforması İşhesabı MMC Bonfi MMC rəqəmsal imtiyazlar həlli Qalan MMC onlayn təhsil platforması Splus az MMC ağıllı bina idarəetmə platforması Vexvon MMC süni intellekt əsaslı platforma müştəri kommunikasiya avtomatlaşdırması satış avtomatlaşdırması Anacan MMC qadınlar üçün rəqəmsal bələdçi Chevvick Solutions MMC mobil ödəniş platforması Too Far Logistics and Consulting MMC elektron müqavilə idarəetməsi S2 Studio MMC restoran rezervasiya platforması Viralix MMC rəqəmsal marketinq platforması
08.06.2026 14:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19