"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" aktiv fəaliyyətə keçib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatı - “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ötən ilin dekabr ayından aktiv fəaliyyətə keçib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.
Məlumata görə, şirkət ötən ay kənd təsərrüfatı istehsalçılarından 18 min manat sığorta haqqı toplayıb. Ay ərzində maliyyə qurumunun sığorta ödənişləri olmayıb.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.
Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
14 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
23 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






























