Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Böyük Britaniyanın Baş naziri Keir Starmer rəqibi Andy Burnhamın parlamentdə keçirilən əlavə seçkidə qazandığı inamlı qələbədən sonra siyasi gələcəyini qiymətləndirməyə başlayıb.

Marja xəbər verir ki, Keir Starmerə yaxın şəxslər Böyük Britaniyanın Baş nazirinin vəzifəsini tərk etmək qrafikini çox qısa müddətdə açıqlayacağını gözləyirlər.

Reklam_3_11

Bu proses nəticəsində Böyük Britaniyaya son 10 ildə yeddinci baş nazir başçılq edə və Starmerin yerini Andy Burnhamın tutmasının da yolu açıla bilər.

Böyük Britaniyanın Baş naziri Keir Starmer rəqibi Andy Burnhamın parlamentdə keçirilən əlavə seçkidə əldə etdiyi güclü qələbədən sonra siyasi gələcəyini nəzərdən keçirməyə başlayıb. Hakim Leyboristlər Partiyası daxilində Starmerin vəzifəsini tərk etməsi ilə bağlı çağırışlar artarkən, baş nazirin ən tezi bazar ertəsi günü istefa verib-verməyəcəyi və ya Burnhama qarşı liderlik yarışına qatılıb-qatılmayacağı barədə qərar verə biləcəyi bildirilir.

Cümə günü Böyük Britaniyanın şimal-qərbindəki parlament mandatını böyük fərqlə qazanan Burnham Starmer üzərində təzyiqi daha da artırıb. Leyboristlər Partiyasından çox sayda deputatın və bəzi nazirlərin xüsusi görüşlərdə Burnhamın yolunu açmaq üçün Starmerin vəzifədən ayrılma qrafikini açıqlamalı olduğunu dilə gətirdiyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp da bazar günü "Truth Social" platformasında etdiyi paylaşımda Starmerin baş nazirlikdən “istefa edəcəyini” yazıb. Britaniyalı bir rəsmi isə hökumət tərəfindən Trampa bu istiqamətdə hər hansı məlumat verilmədiyini və Trampın Starmerlə görüşmədiyini bildirib.

“Guardian” qəzeti bazar günü axşam yayımladığı xəbərində adları açıqlanmayan kabinet nazirlərinə istinadən yazıb ki, Starmer niyyətini bazar ertəsi səhər "Downing Street" qarşısında verəcəyi açıqlama ilə ortaya qoyacaq.

İş elanları AzVak.az-da

22.06.2026 08:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19