“ASK Ayaqqabı Fabriki” zərərlə işləməkdə davam edir
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “ASK Ayaqqabı Fabriki” MMC 2019-cu ili 75 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 162 min manat zərərlə çıxmışdı.
2019-cu ildə “ASK Ayaqqabı Fabriki”nin satış hesabına əsas əməliyyat gəlirləri 3 milyon 423 min manat (2018-ci ildə olmayıb), satışının maya dəyəri 2 milyon 756 min manat, inzibati xərcləri 528 min manat (2018-ci ilə nisbətən 2,9 dəfə çox), maliyyə zərəri 1 min manat (2018-ci ildə olmayıb), fövqəladə zərəri 279 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 63 min manat təşkil edib.
2020-ci il yanvarın 1-nə “ASK Ayaqqabı Fabriki”nin aktivləri 10,654 milyon manat olub ki, bu da illik müqayisədə 9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,8 dəfə azalaraq 45 min manata düşüb, balans kapitalı isə 11% artaraq 10 milyon 608 min manata, o cümlədən nizamnamə kapitalı 11,6% artaraq 10 milyon 846 min manata çatıb.
Xatırladaq ki, "ASK Ayaqqabı Fabriki" 2018-ci ildə yaradılıb. Şirkət adından da göründüyü kimi ayaqqabı istehsalı ilə məşğuldur.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




























