Verilmiş maliyyə dəstəyi şərtlərə əməl etməyən şirkətdən geri alınacaq
İqtisadiyyat Nazirliyi işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib 
 İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir. Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi sayının azaldılmaması, habelə dövlət tərəfindən verilmiş maliyyə dəstəyinin işçilərin əmək haqlarına və sosial sığorta ödəmələrinə yönəldilməsi ciddi nəzarətdə saxlanılır. Maliyyə dəstəyinin göstərildiyi vergi ödəyicilərində bu şərtlərə əməl edilməməsi hallarına yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək, verilmiş dövlət maliyyə dəstəyinin geri alınması təmin ediləcəkdir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 16-na muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar, cəmi 46.691 vergi ödəyicisi müraciət edib.
Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15.511 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 169.069 nəfərdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 134.472 işçini əhatə edən 13.075 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,2 mln. manat təşkil edir.
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 11.567 vergi ödəyicisinə 123.343 nəfər muzdlu işçinin əmək haqqı üzrə 28,17 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31.180 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 29.946 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 23,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 18,65 mln. manat vəsaitin 22.949 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.
| Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabat | |
| Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 215,0 milyon manat | 
| Müraciət etmiş vergi ödəyicilərinin sayı Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 13.075 vergi ödəyicisi 134.472 nəfər | 
| Maliyyə dəstəyinin məbləği o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) | 61.160,4 min manat 30.580,2 min manat | 
| Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 11.567 vergi ödəyicisi | 
| Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 123.343 nəfər | 
| Ödənilmiş vəsaitin məbləği | 28.179,0 min manat | 
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     10 saat əvvəl
                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək 
- 
                           
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 
                     11 saat əvvəl
                    Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib 
- 
                     11 saat əvvəl
                    Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq 
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 
                     12 saat əvvəl
                    Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq 
- 
                     12 saat əvvəl
                    Azərbaycanda “Huawei”nin həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                    Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
 
                                Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
 
                                Misli.az-da böyük uduş: 1 manatlıq mərc 194 min manat qazandırıb
 
                                Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb
 
                                “Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
 
                                İcra başçısı vəzifədən azad olundu
 
                                
 
                         
                    





 
                             
                             
                            

.jpg)
 
                                     
                                     
                                     
                                    



