Aparıcı bankların rəhbərləri ilə görüş keçirilib - TAPŞIRIQLAR VERİLDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyatın real sektorunun kreditləşməsinin aktivləşdirilməsi, biznes kreditlərinə üstünlük verilməsi, güzəştli kreditlərin daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, istehak kreditlərinin optimallaşdırılması və digər isiqamətlərə dair verdiyi tapşırıqların icrasının növbəti qiymətləndirilməsi üçün 3 mart 2020-ci il tarixində Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası və aparıcı kommersiya banklarının rəhbərləri ilə birgə görüş keçirilib.
Mərkəzi Bankdan Marja-ya verilən məlumata görə, qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılmış, cari ilin əvvəlindən bank sektoru üzrə biznes kreditlərinin dinamikası dərindən təhlil olunmuşdur.
Mərkəzi Bank tərəfindən bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verilmişdir. Müzakirələrdə biznes kreditlərinin təşviqi istiqamətində tətbiq edilən prudensial tənzimləmə tələblərinin təsiri də qiymətləndirilmişdir.
Görüşdə istehlak kreditlərinin optimallaşdırılması üzrə görülən tədbirlər də geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, bütövlükdə istehlak kreditlərinin artım tempini tənzimləmək üçün yeni requlyativ normalar qəbul olunmuşdur.
"Regionlarda, xüsusən də kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məsələləri ətraflı müzakirə olunmuşdur. Vurğulanmışdır ki, maliyyə-bank sektorunun qarşısında qoyulan əsas vəzifələrdən biri kimi mövcud kreditləşmə institutlarının regional fəaliyyətlərinin gücləndirilməsi, xüsusilə kənd təsərrüfatının kreditləşməsinin təminat məsələlərinin tənzimlənməsi imkanları diqqət mərkəzində saxlanılmalıdır.
Bütövlükdə, real sektorun, eləcə də regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, resurslara çıxış imkanlarının yaxşılaşdırılması, ölkədə istehlak kreditləşməsinin optimallaşdırılması üzrə bank sektorunun qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinin mühüm şərti kimi bank sisteminin sabitliyinin qorunmasının vacibliyi vurğulanmış və bununla əlaqədar banklarda daxili nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də risk menecment potensialının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair tapşırıqlar verilmişdir",- Mərkəzi Bankın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
11 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























