ABŞ Oman körfəzində tankerlərə hücumlara görə İranı günahlandırdı
ABŞ rəhbərliyi, dünən Oman körfəzində Yaponiyaya gedən iki neft tankerinə edilən hücumlara görə İranı günahlandırıb.
"Marja" xəbər verir ki, ABŞ Xarici işlər naziri Mike Pompeo, Nazirlikdə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib.
İranın uzun zamandır Hörmüz Boğazındakı neft nəqlini sabotaj etdiyini, indi isə hər nöqtədə bənzər hücumları etdiyini iddia edən Pompeo, son 2 aydır İran tərəfindən ardıcıl hücumlar həyata keçirildiyi bildirib.
Pompeo, İranın Oman Körfəzindəki iki neft tankerinə edilən son hücumlara görə də məsuliyyət daşıdığını bildirib:
"Əlimzdəki kəşfiyyat məlumatları hücumu etmək üçün istifadə edilən silahlara və peşəkarlığa baxanda İranın məsul olduğunu görürük. Bölgədə bu mürəkkəb hücumu təşkil edəcək qabiliyyətə malik hər hansı bir qrup yoxdur. Bu hücum İranın ABŞ və tərəfdaşlarına qarşı keçirdiyi təhlükəli hücumlardan yalnız bir dənəsidir. Bu provokasiya edici hücumlar, dəniz nəqliyyatı ilə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyə açıq təhdid yaradır".
Yaponiya gəmilərin hücuma məruz qaldığını bildirmişdi
Oman Körfəzində dünən səhər saatlarında iki böyük neft tankerində partlayışlar olmuşdu. Tankerlərdə 44 nəfərlik ekipaj, İran xilasetmə qrupları tərəfindən xilas edilərək, İranın Hörmüzgan əyalətinə bağlı Cask Limanına aparılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















