"PAŞA Bank" Rusiyanın nəhəng bank ilə əməkdaşlıq sazişi imzaladı
Bu gün Bakıda Azərbaycanın aparıcı korporativ bankı "PAŞA Bank" və Rusiyanın iri banklarından biri "Qazprombank" Əməkdaşlıq sazişi imzalayıblar.
"Marja" xəbər verir ki, əməkdaşlıq sazişi "PAŞA Bank"ın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov və "Qazprombank"ın İdarə heyətinin sədr müavini Aleksey Belous tərəfindən imzalanıb.
Qeyd edilən Əməkdaşlıq sazişi çərçivəsində tərəflər potensial əməkdaşlığın əsas istiqamətlərini, fərdi olaraq hər iki tərəf üçün prioritet olan kənd təsərrüfatı, nəqliyyat, logistika, rabitə və telekommunikasiya və s. sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsini müəyyən etmişdirlər.
Hər iki Bank uzun-müddətli perspektivdə kapital bazarlarında, eləcə də qiymətli kağızlar ilə əməliyyatların aparılması və istiqraz ilə bağlı əməliyyatların təşkili sahəsində də tərəfdaşlıq etməyi nəzərdən keçirirlər. Əməkdaşlıq sazişi həmçinin ticarətin maliyyələşdirilməsi, sindikasiya kreditlərində iştirak və müştərək layihələr çərçivəsində zəmanətlərin təmin edilməsi fəaliyyətlərində də tərəflərin maraqlarını təsbit edir.
İmzalama mərasimində cənab Orucovun qeyd etdiyi kimi, "PAŞA Bank" iqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən ticarət və xidmətlər, kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika kimi əsas sahələrin inkişafına böyük diqqət yetirir.
"PAŞA Bank" və "Qazprombank" arasında bu sənədin imzalanmasının əsas məqsədi iki maliyyə təşkilatı arasında məhsuldar əməkdaşlığı inkişaf etdirmək və təcrübə və ən səmərəli yanaşmaların mübadiləsini həyata keçirməkdir. Əminəm ki, müxtəlif növ investisiya layihələrinin həyata keçirilməsi sahəsində tərəfdaşlığımız bazarın inkişafına müsbət təsir göstərəcək və ümumilikdə ölkə iqtisadiyyatının daha da şaxələndirilməsinə öz töhfəsini verəcək" - deyə cənab Orucov öz fikrini tamamladı.
Qazprombankın İdarə heyətinin sədr müavini Aleksey Belous isə qeyd etmişdir ki: "Qazprombank" Azərbaycan şirkətləri ilə uzun-müddətli qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və sosial-iqtisadiyyat sahəsində bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. "PAŞA Bank" ilə əməldaşlıq sazişinin imzalanması qarşımızda ölkə infrastrukturunun kompleks şəkildə inkişafı üçün miqyaslı investisiya layihələrinin həyata keçirilməsi sahəsində yeni perspektivləri açacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 24 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























