Azərbaycanda 3 bankın əməliyyat zərəri azalıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin bu ilin yanvar-mart aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Muğan Bank", "Bank Respublika", "Azərbaycan Sənaye Bankı", "PAŞA Bank", "Premium Bank", "Kapital Bank", "Rabitəbank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı" və "Nikoyl Bank"dır. Ən yüksək dinamika "Muğan Bank"da (7 dəfə), ən aşağı dinamika isə "Nikoyl Bank"da (6,2%) qeydə alınıb.
5 bankın - "Naxçıvan Bank", İran Milli Bankının Bakı filialı, "Xalq Bank", "AFB Bank" və "Günay Bank"ın əməliyyat mənfəəti isə illik müqayisədə azalıb. Ən çox azalma "Günay Bank"da (73,8%), ən az azalma isə "Naxçıvan Bank"da (3,2%) qeydə alınıb.
Hesabat dövründə 1 bankın - "Turan Bank"ın əməliyyat zərəri 6,3 dəfə artıb, 3 bankın - "Amrah Bank", "AGBank" və "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri isə müvafiq olaraq 25,8%, 61% və 77,7% azalıb.
3 bank - "Atabank", "NBC Bank" və Pakistan Milli Bankının Bakı filialı bu ilin I rübünü əməliyyat zərəri ilə, ötən ilin I rübünü əməliyyat mənfəəti ilə, 6 bank - "Access Bank", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Express Bank" və "Unibank" bu ilin yanvar-mart aylarını əməliyyat mənfəəti ilə, ötən ilin yanvar-mart aylarını əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların maliyyə göstəriclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
5 bankın əməliyyat mənfəəti 10 milyon manatdan çoxdur
Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si əməliyyat mənfəəti əldə etməyib.
Əməliyyat zərərinə uğrayan banklar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Turan Bank", "AGBank", "Atabank", "Amrah Bank" və "Bank VTB Azərbaycan"dır. Zərərin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (2,222 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (119 min manat) qeydə alınıb.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Onlardan 5-də bu göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (85,155 milyon manat), "Kapital Bank" (66,566 milyon manat), "PAŞA Bank" (36,194 milyon manat, "Access Bank" (17,339 milyon manat) və "Xalq Bank"dır (12,913 milyon manat).
Əməliyyat mənfəəti 14 bankda 1-10 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Renkinq
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb

















.jpg)




