ABŞ Türkiyəni sanksiya ilə hədələdi
“Rəsmi Ankara Rusiyanın S-400 zenit-raket kompleksini əldə edəcəyi halda ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər”.
“Anadolu” agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino bildirib.
Onun sözlərinə görə, ABŞ-ın S-400 sistemi üzrə Türkiyə-Rusiya müqaviləsinə mövqeyi dəyişməyib: “Bu sistemin Rusiyadan Türkiyənin təşəbbüsü ilə alınması Vaşinqtonda ciddi naratalıq doğurub”.
O xatırladıb ki, ABŞ Türkiyə ilə Raket Hücumundan Müdafiə Sistemi üzrə sıx təmasdadır: “Türkiyə tərəfinə “Patriot” Zenit Raket Kompleksinə yiyələnməyi təklif etmişik. Rusiyanın Türkiyəyə S-400 tədarükü Ankaranın F-35 qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan başqa, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək”.
Dövlət Departamentinin təmsilçisi qeyd edib ki, S-400-ü silah arsenalına daxil edən ölkələrə “Amerikanın əleyhdarlarına qarşı sanksiyalar vasitəsilə müqavimət” (“Countering America's Adversaries Through Sanctions Act”) qanunu tətbiq ediləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin dekabrında Rusiya ilə S-400-ün alınmasına dair müqavilə imzalandığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






