Monteneqro Prezidenti Azərbaycana səfərə gələcək
Monteneqro Prezidenti Milo Cuqanoviç Azərbaycana səfərə gələcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd martın 14-16-da keçiriləcək VII Qlobal Bakı forumunda iştirak etməkdir.
M.Çuqanoviçin forumda nitq söyləməsi və səfər çərçivəsində bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.
Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün Balkan ölkələri, o cümlədən Monteneqro Respublikası ilə sıx əməkdaşlıq edir. Bu ölkənin əvvəlki prezidenti Filip Vuyanoviç Mərkəzin İdarə heyətinin üzvüdür. O, IV və V Qlobal Bakı Forumlarında da iştirak edib.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə Monteneqro przidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)






