Fermerlərdən bu məhsullar alınacaq - MÜRACİƏT
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və Füzuli rayonı fermerlərinə müraciət edib.
ASC adı çəkilən rayonlardan istənilən kənd təsərrüfatı məhsullarını tədarük etməyə hazırdır.
Bu məhsullar sırasına mal əti, kərə yağı, pendir, duzlu və duzsuz şor, kələm, yerkökü, çuğundur, noxud, qarabaşaq, yarma, darı, lobya,turşular və s. məhsullar daxildir.
Bu fikirləri Cəmiyyətin İdarə Heyətinin sədr müavini Xalıq Məmmədov Ağcabədi şəhərində keçirilmiş regional müşavirədə bildirib.
Müşavirədə Cəmiyyətin Yuxarı Qarabağ Regional Bölməsinə daxil olan rayonlarda fəaliyyət göstərən 278 satınalan təşkilat ( uşaq bağçaları, xəstəxanalar, icra nümayəndələri və digər müəssisələr) nümayəndələri, istehsalçılar, torpaq mülkiyyətçiləri iştirak ediblər.
X.Məmmədov bildirib ki, ölkə prezidenti Cəmiyyət qarşısında qapalı müəssisələri keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, yerli istehsalçıları stimullaşdırmaq məqsədini qoyub. Ona görə Cəmiyyət qərara gəlib ki, hər bir rayondakı satınalan təşkilatı elə həmin rayonda istehsal edilən məhsullarla təmin etsin.
“ Bu sistemi qurmaq hər bir rayonda istehsal edilən məhsulların elə həmin rayonda realizə olunmasına, ucqar dağ kəndlərində yaşayan istehsalçılara əlçatan bazarların müəyyən olunması, kiçik və orta təsərrüfatların dövriyyə vəsaitlərinin artmasına səbəb olacaq”.
“ Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və Füzuli rayonlarından olan fermerlərə xüsusi müraciət ona görə edirik ki, bu rayonlarımız zəngin təsərrüfat ənənələrinə malik olmaqla ölkə əhalisinin heyvandarlıq və bitkiçilik məhsulları ilə təmin olunmasında xüsusi rol oynayır. Bu rayonlarda geniş dəmyə və suvarılan torpaqlar mövcuddur, əgər bu torpaqları əkmirlərsə onları Cəmiyyətlə əməkdaşlığa dəvət edirəm. Cəmiyyət potensial istehsalçılara avans sistemi vasitəsi ilə maliyyə dəstəyi verə bilər, buna ehtiyacı olmayanların isə bütün növ məhsullarını tədarük edə bilər. Tədarük zamanı fermerlərin məhsullarını tarlabaşında, heç yerə getmədən orta bazar qiymətlərinə alınacaq”-deyə Cəmiyyət rəsmisi bildirib.
Xatırladaq ki, “ Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlər keçirir.Növbəti görüş Cəmiyyətin Yuxarı Qarabağ Regional Bölməsi üzrə (Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli rayonları) Ağcabədi şəhərində baş tutub. Görüşdə üz yüz nəfərə qədər dövlət satınalan təşkilat və icra nümayəndələri, bölgə istehsalçıları iştirak ediblər.
Regional müşavirədə tədarük-təchizat səviyyəsinin yüksəldilməsi, yerli məhsulların tədarük imkanları haqqında təkliflər irəli sürülüb, bəzi fermerlərlə məhsullarının satın alınması haqqında razılıq əldə edilib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
2 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
2 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
3 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
3 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 3 saat əvvəl
-
3 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
3 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"







.jpg)







.jpg)







