ABŞ-da xam neft ehtiyatlarının artdığı açıqlandı - QİYMƏTLƏR DÜŞÜR
ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən 1,3 milyon barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,3 milyon barel (0,3 faiz) artımla 447,2 milyon barelə çatdığını açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2,2 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 900 min barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barrel səviyyəsində sabit qalıb.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 500 min barel (0,2 faiz) artımla 257,9 milyon barelə çatıb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,6 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,2 milyon barrel geriləmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 63 min barel artımla 7,15 milyon barelə, neft ixracı da gündəlik orta hesabla 926 min barel artımla 2,87 milyon barelə yüksəlib.
NEFT HASİLATI ARTIB
ABŞ-da xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 9 min barel artıb. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 9 min barel artım qeyd edib, digər əyalətlərdə isə dəyişiklik göstərməyib.
Beləliklə, 26 Yanvar -1 Fevral həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,9 milyon barrellə rekord səviyyədə qalmaqda davam edib və 56 həftədə 43-üncü dəfə artım göstərmişdir.
EIA-nın "Yanvar 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,1 milyon barrel, gələn il isə 12,9 milyon barrel olacağı ehtimal edilir.
Məlumatlar açıqlandıqdan sonra neft qiymətləri geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN



















