Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
(®) Sahibkarların etibarlı maliyyə tərəfdaşı Expressbank biznesini inkişaf etdirmək istəyən müştərilərinə qızıl təminatı ilə mikro kredit məhsulunu təqdim edir.
Yeni məhsul sahibkarlara fəaliyyətlərini genişləndirmək, dövriyyə vəsaitini artırmaq, mal ehtiyatlarını yeniləmək və digər biznes ehtiyaclarını qarşılamaq üçün əlavə maliyyə imkanı yaradır.
Qızıl təminatı ilə mikro kredit məhsulu sahibkarların 50 000 AZN-dək vəsait əldə edə bilməsini təmin edir.
Kredit 36 ayadək müddətə təqdim olunur və müştərilər üçün 3 aya qədər güzəşt müddəti nəzərdə tutulub. Sadə rəsmiləşdirmə prosesi və çevik şərtlər sayəsində sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitinə daha operativ çıxış əldə edə bilirlər.
FİFD: min. 24.07% - maks. 41.60%
Komissiya: 1.5% - 2%
Məbləğ: 500 – 50 000 AZN
Güzəşt müddəti: 3 ayadək
İllik faiz: min. 23% - maks. 29%
Qeyd edək ki, Expressbank 16 filialı ilə fəaliyyət göstərir. Qızıl təminatı ilə mikro kredit və digər xidmətlər ilə bağlı Bankın sizə ən yaxın filialından, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 36 d. əvvəl
-
36 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 52 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN















.jpg)





