İki nəhəng şirkətin birləşməsinə icazə verilmədi
Avropa Birliyi, Almaniyanın "Simens" şirkətinin Fransanın "Alstom" şirkətinin dəmir yolu sektorundakı fəaliyyətlərini satın almasını təsdiq etmədi.
"Marja" xəbər verir ki, Avropa Birliyi (AB) Komissiyasının Rəqabətdən məsul üzvü Margrethe Vestager, Brüsseldə keçirdiyi mətbuat konfransında, "Simens" və "Alstom"un dəmir yolu sektorundakı fəaliyyətlərini birləşdirmələrinə icazə verilmədiyini açıqlayıb.
"Siemens"-"Alstom" birləşməsinin siqnal sistemləri və sürətli qatar sahəsində daha yüksək qiymətlərə səbəb olacağını və innovasiyanı azaldacağını bildirən Vestager, "Qadağan etdiyimiz şirkət birləşməsi ciddi rəqabət qayğısı ortaya qoyur" deyib.
Vestager, şirkətlərin sözügedən rəqabət narahatlıqlarını aradan qaldıracaq həll təkliflərinin də olmadığını qeyd edib.
Avropanın qabaqcıl dəmir yolu, qatar və tramvay istehsalçıları olan Almaniyanın "Simens" və Fransanın "Alstom" şirkətləri arasında birləşmək barədə saziş 2017-ci ildə bağlanmışdı. Birləşmə nəticəsində yaranacaq şirkətin illik 15,3 milyard avro dövriyyəyə malik olacağı nəzərdə tutulmuşdu.
AB, 2018-ci ilin iyul ayında "Simens"in "Alstom" şirkətinin dəmir yolu sektorundakı fəaliyyətlərini satın almaq cəhdi haqqında istintaq başlatmaq qərarı vermişdi.
"Simens" və "Alstom"un dəmir yolu nəqliyyatı sektorunda yüksək sürətli qatar, metro, tramvay kimi nəqliyyat vasitələri və siqnalizasiya üzrə tenderlərdə rəqib vəziyyətdə olduqları səbəbilə başlanılan istintaq, birləşmənin bu sahələrdə rəqabəti azaldacağı qayğısı ilə açılmışdı.
Fransanın köklü dəmir yolu və qatar istehsalçısı "Alstom", sürətli qatar və tramvay istehsalı sahəsində 34 min 500 nəfəri işlə təmin edir. Almaniyanın texnologiya nəhəngi "Simens"in dəmir yolu sektorunda fəaliyyət göstərən "qanadı" "Simens Mobility"nin isə 28 minə yaxın əməkdaşı var.
AB-də fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd bir vəziyyət olub olmadığına nəzarət səlahiyyəti AB Komissiyasındadır. Komissiya tədqiqat və araşdırmalar ilə rəqabətə zidd hal olub-olmadığını qiymətləndirir. Rəqabətə zərər verəcək halların aşkar edilməsi halında AB Komissiyası birləşmə və ya satınalmayı mane olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN















.jpg)





