“Məzənnə gah 70-ə qalxır, gah da 65-ə qədər düşür”
Rusiyada fəaliyyət göstərən “Levada” ictimai rəyi öyrənmə mərkəzi ölkənin düzgün istiqamətdə getmədiyini düşünən vətəndaşların sayının 2019-cu ilin yanvarında 42 faizdən 45 faizə qədər yüksəldiyinə dair hesabat hazırlayıb. Qeyd olunur ki, mövcud hal sonuncu dəfə 2006-cı ildə müşahidə olunub.
“Komsomolskaya pravda” qəzeti mövcud vəziyyəti azərbaycanlı biznesmen, “Krokus” şirkətinin prezidenti Araz Ağalarovla müzakirə edib.
İş adamı bildirib ki, iqtisadi problemlərin həlli yolunda hazırda hansısa radikal dəyişikliklər təklif etmək lazım deyil:
“İstənilən iqtisadiyyatın əsasını stabillik təşkil edir. Siz daim dəyişən parametrlərlə üzləşirsinizsə, heç vaxt heç nəyi proqnozlaşdıra və ya layihələşdirə bilməyəcəksiniz. İstənilən stabilliyin əsası isə milli valyutanın məzənnəsidir. Bizdə isə bununla bağlı daim dəyişikliklər baş verir. Məzənnə gah 70-ə qalxır, gah da 65-ə qədər düşür. Mən demirəm ki, məzənnə konkret necə olmalıdır, əsas odur ki, stabil olsun. Kursun tam olaraq nə olduğunu söyləyə bilmərəm - ən başlıcası, sabit olmalıdır. Budur, hazırda 1 dollar 66 rubl ətrafında tərəddüd edir. Və hər gün yarım faiz qalxır və düşür. Niyə?
Bizim müsbət ticarət balansımız var. Hər gün valyuta birjasında valyuta alacağıq. Bunu rubl məzənnəsinin sabitliyini nəzərə alaraq edə bilərsiniz. İndi isə maaşlar daim dəyərdən düşən rublun arxasınca yetişə bilmir. Ötən il rubl 15 faizdən çox dəyərdən düşüb. Və bütün bunlar neqativ əhval-ruhiyyəyə gətirib çıxarır”.
A. Ağalarov hər il eyni mənzərə ilə rastlaşdıqlarını, rublun dekabrda dəyərdən düşdüyünü, Yeni ilin ilk günlərində isə bir qədər qalxdığını söyləyib:
“Növbəti ilin sonunda eyni hal olacaq. Bütün bunlar proqnozlaşdırılıb. Bizim qızıl ehtiyatlarında 470 milyard dollar var. İl sonunda rubl artmağa çalışanda, bunu saxlamaq lazımdır. Çox təəssüf ki, bunu heç kim etməyəcək”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)








