Volkswagen Bakı Mərkəzi jurnalistlər və tanınmış simalar üçün tədbir keçirib
İyunun 10-da Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi "Euro Style LTD" şirkəti (Volkswagen Bakı Mərkəzi) jurnalistlər və tanınmış simalar üçün axşam tədbiri təşkil etmişdi.
“Marja”nın məlumatına görə,“Amburan Beach” istirahət mərkəzində keçirilmiş axşamda şirkətin Marketinq meneceri Samir Qədirov çıxış edərək bildirdi ki, "Euro Style LTD" media ilə sıx əməkdaşlıq edir:
“Həm Ramazan bayramı münasibətilə, həm də əlaqələrin möhkəmləndirilməsi məqsədilə bir yerdəyik. Biz media nümayəndələri və tanınmış simlar ilə işləməyi sevirik. İnanıram ki, bu görüş gələcəkdə əlaqələrimizin daha da inkişafında özünü göstəcəkdir”.
5 İL PULSUZ SERVİS, 5 İL ZƏMANƏT
Qonaqlara yeni Volkswagen Passat modeli ilə də əyani tanış olmaq imkanı yaradılmışdı. Bildirildi ki, tam yeni Passat 1,8 litr, 180 at gücündə mühərrik ilə təchiz edilir. 7 pilləli sürət qutusu ilə təchiz edilən Passat 100 km/saat sürətinə 7,7 saniyədə çata bilir.
2018-ci ildə istehsal edilmiş Volkswagen Passat avtomobili 5 il pulsuz servis və 5 il zəmanət ilə təklif edilir. Yəni, yeni Passat sahibi 5 il ərzində yalnız benzin üçün xərc çəkəcəkdir. Avtomobilin yağdəyişmə və digər servis xərcləri Volkswagen Bakı Mərkəzi tərəfindən ödəniləcəkdir.
“XALQ AVTOMOBİLİ” KAMPANİYASI DAVAM EDİR
Həmçinin qeyd edildi ki, Volkswagen Bakı Mərkəzində “Xalq Avtomobili” kampaniyası davam edir. Kampaniya çərçivəsində iyun ayı ərzində avtomatik sürət qutusu ilə təchiz olunmuş Volkswagen Polo Sedan Comfortline avtomobili bazarda öz seqmentində çox sərfəli qiymətə, 25700 AZN deyil, 23500 AZN-ə təklif olunur. Bütün xərclər daxil olmaqla, 36 aylıq, cəmi 5999 AZN ilkin ödəniş və aylıq 737 AZN-ə 2018-ci il istehsalı Polo Sedan Comfortline avtomobilinə sahib olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
8 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir














.jpg)











