Yeni şirkət planlarını açıqladı –“1000 otaqlı otellər şəbəkəsi yaradacağıq”
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi “Middle Way Hotels Group” MMC adlı şirkəti dövlət qeydiyyatına alıb.
Şirkətin direktoru İntiqam Xankişiyev “Marja” ilə əlaqə saxlayaraq planları barədə ətraflı məlumat verib.
O bildirdi ki, indiyədək pərakəndə şəkildə fəliyyət gösətərən hostel və otellər “Middle Way Hotels Group” tərəfindən bir mərkəzdən idarə ediləcəkdir.
İntiqam Xankişiyev qeyd etdi ki, “Middle Way Hotels Group” orta təbəqəni hədəfləyən hostel, otel və restoranlar istifadəyə verməyi planlaşdırır:
“Biz 4-5 ulduzlu otellər ilə orta təbəqəyə fokuslanmağı qarşımıza məqsəd qoymuşuq. Hazırda Bakıda və Qusarda otellərimiz fəaliyyət göstərir. İlkin mərhələdə icarəyə obyekt götürməklə bir neçə otel və restoran açmağı nəzərdə tuturuq”.
İntiqam Xankişiyev əlavə etdi ki, bu yaxınlarda Bakının mərkəzində 52 otaqdan ibarət butik otelin istifadəyə verilməsi planlaşdırılır:
“İlkin mərhələdə təkcə Bakıda 1000 otaqdan ibarət otellər şəbəkəsini yaratmağı qarşımıza məqsəd qoymuşuq”.
Şirkətin direktoru qeyd etdi ki, hazırda fəaliyyət göstərən “Caspian Business Hotel”, “Park Resort Hotel” (“Park Qusar” adı ilə tanınır) və “4 Dəniz incisi” adlı hostel “Middle Way Hotels Group” tərəfindən idarə olunur.
“İyun ayının əvvəlində Bakıda “4 Dəniz incisi” hostelinin yaxınlığında balıq restoranımız fəaliyyətə başlayacaqdır. “4 Dəniz incisi” hosteli telestudiyanın yaxınlığında yerləşir”.
İntiqam Xankişiyev bildirdi ki, Azərbaycana gələn turistlərin sayının artması ilə otellərə də təlabat artır: “Qusarda “Şahdağ”dan 5 kilometr məsafədə yerləşən “Park Resort Hotel”in genişlədirilməsi nəzərdə tutulur. 130 otaqdan ibarət yeni otelin tikilməsi planlaşdırılır. Bu il otelin təməli qoyulacaqdır”.
İntiqam Xankişiyev vurğuladı ki, “Park Resort Hotel” 64 otaqdan ibarətdir və eyni anda 300 nəfərədək qonağa xidmət göstərə bilir.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Xəbər verdiyimiz kimi, Azərbaycanda “Middle Way Hotels Group” MMC qeydiyyatdan keçib. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat dərc olunub. MMC-nin hüquqi ünvanı Nərimanov rayonu məhəllə 1222, ev 12-dir. Aprelin 18-də dövlət qeydiyyatına alınan otelin qanuni təmsilçisi İntiqam Kamal oğlu Xankişiyevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat sonra
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)










.jpg)

