Dövlət Xidməti banklara xəbərdarlıq edib
“SfyLabs” şirkətinin mütəxəssisləri son aylarda darknetdə reklam edilməyə başlayan və cəmi 500 dollara icarəyə verilən yeni bank troyanı “Red Alert 2.0”-nin aşkarlanması barədə danışıblar.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumata görə, tədqiqatçılar ilk dəfə virusun reklamına ötən yay çox dinlənilən rusdilli forumda diqqət yetirildiyini yazırlar.
“SfyLabs” tədqiqatçılarının məlumatına görə, “Red Alert 2.0” “Google Play”ə qədər gəlib çatmayıb və kənar kataloq tətbiqetmələrin vasitəsilə yayılır. “Troyan” “Flash Player”, “Google Market”, hətta “Android” sistemli yeniliklərin adı altında, həmçinin “Whatsapp” və “Viber” rəsmi versiyası adı altında maskalanır. İlk baxışdan banker digər buna bənzər təhlükələrdən az fərqlənir. İstifadəçi bank və ya sosial şəbəkə üçün tətbiqetməyə müraciət etməyənə qədər troyan fəaliyyətsiz qalır. Bundan sonra virus saxta xəta nümayiş etdirir və qurbanın uçot məlumatlarını təkrarən qeyd etməyə məcbur edir. Beləliklə, toplanan məlumatlar cinayətkarların əsas idarəedici serverinə ötürülür.
Bankerin daha bir maraqlı xüsusiyyəti də odur ki, iş qabiliyyətini itirməsindən qaçmaq üçün o “Twitter”ə ümid edir. Belə ki, əgər idarəedici server hansısa səbəbdən bloklaşdırılsa və yaxud ünvanı dəyişdirilsə, zərərli qurğu yeni ünvan əldə etmək üçün “Twitter” hesabına müraciət edir.
“Sfylabs” mütəxəssisləri hesab edirlər ki, “Red Alert 2.0” - bu cür funksionallı ilk mobil bankerdir. Adətən belə üsulları həqiqətən “Windows” troyanı istifadə etsə də, “Android” üçün təhlükəli olmur. Sərt kodlaşdırılmış C&C serverinə müraciət zamanı xəta yarandığı təqdirdə, troyan yeni MD5 xeşinin yaradılması üçün hazırkı tarix və “strings.xml” faylından salt-dan ibarət kombinasiyasını istifadə edir. Xeşin ilk 16 simvolu “Twitter”də nikneymdir (məsələn, d8585cf920cb893a və 9/18/2017) və idarəedici server yeni ünvanı almaq üçün bot bu səhifəni pars edir.
Tədqiqatçıların məlumatına görə, hazırda banker 6.0 versiyasına qədər “Android” üzərində işləyir, onun müəllifi isə troyanı daim təkmilləşdirir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
-
20 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 33 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək






.jpg)










.jpg)







