970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB dünən bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

Bankın sosial media səhifələrində yayılmış açıqlamada deyilir ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir.

“Yaranmış vəziyyət Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi.

Bu müddətdə ABB mobile tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq də tam normal rejimdə xidmətinizdədir”.

Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamankı kimi tam təhlükəsiz şəkildə qorunub.

“Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə Sizə dərin təşəkkürümüzü bildiririk” – deyə ABB-nin açıqlamasında bildirilir: “Müştərilərimizə təqdim etdiyimiz rəqəmsal xidmətlərimizin dayanıqlılığının və etibarlılığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Etimadınız bizim üçün ən böyük dəyərdir! Doğma bankınıza hər zaman güvənə bilərsiniz!”

İş elanları AzVak.az-da

ABB Azərbaycan Beynəlxalq Bankı ABB kart hesabları ABB açıqlama ABB mobile ABB mobile tətbiqi kart hesablarında texniki problem kart balansı bərpa olundu ABB texniki nasazlıq Azərikard Azərikard Prosessinq Mərkəzi banklararası hesablaşma hesablaşma faylları təkrar əməliyyatlar kart əməliyyatları bank kartları bank kartlarında problem kart hesabı hesab balansı rəqəmsal bankçılıq mobil bank tətbiqi ABB müştəriləri bank xidmətləri texniki insident kiberhücum deyil məlumat təhlükəsizliyi müştəri vəsaitləri fərdi məlumatların qorunması bank xidmətləri bərpa olundu rəqəmsal xidmətlər bank sistemində texniki nasazlıq ABB xidmətləri normal rejimdə kart əməliyyatları bərpa olundu müvəqqəti texniki məsələ bank təhlükəsizliyi ödəniş kartları bank prosessinq sistemi müştəri hesabları ABB xəbərləri bank sektoru maliyyə sektoru
25.06.2026 11:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19