Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI

AzVak-mobil_resmin_ustu_31
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026” (“5th IsDB Group Startups & Innovation Pitch Competition 2026”) başa çatıb.

“İİB bazarlarında innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlığın gücləndirilməsi” mövzusu altında təşkil olunan müsabiqə İİB Qrupuna üzv ölkələrindən sahibkarları, startapları, investorları və inkişaf üzrə tərəfdaşları bir araya gətirib.

Reklam_3_11

İyunun 17-də Bakı Konqres Mərkəzində finala vəsiqə qazanan 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim ediblər. İştirakçıların çıxışları Azərbaycan Respublikası (KOBİA, 4SİM) və İİB tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Tədbirdə çıxış edən İslam İnkişaf Bankı Qrupunun Xüsusi və Etimad Fondları Departamentinin direktoru, İİB prezidentinin xüsusi müşaviri Məhəmməd Camal Əl-Saati, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, “Xona” şirkətinin həmtəsisçisi və “iiValley.co” şirkətinin tərəfdaşı Riad Hartani və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM)  icraçı direktoru Fariz Cəfərov startap ekosistemi, bankın startaplara dəstəyi və Azərbaycanda startaplara dəstək alətləri barədə fikirlərini bölüşüblər. 

İyunun 18-də isə “İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026”nın qalibləri elan olunub. Beləliklə, müsabiqədə 3-ü əsas, 6-sı xüsusi mükafatçı olmaqla, ümumilikdə 9 qalib müəyyən edilərək mükafatlandırılıb:

- Birinci yerin qalibi (“Qızıl” mükafat) – “BioSell” - 5 000 ABŞ dolları

- İkinci yerin qalibi (“Gümüş” mükafat) - “Bayuti” - 4 000 ABŞ dolları

- Üçüncü yerin qalibi (“Bürünc” mükafat) – “Park Hub - 3 000 ABŞ dolları həcmində mükafat qazanıb.

Bundan başqa, aşağıdakı startapların hər biri 3 000 ABŞ dollar olmaqla xüsusi mükafatlara layiq görülüblər:

- Süni intellekt və rəqəmsal innovasiya – “AIRT”

- İqlim və davamlılıq – “Proedia”

- Maliyyə inklüzivliyi – “Mink Platform”

- Qadın sahibkarlığı – “Climasel”

- Sosial təsir – “Smart sagro”

- Regional inteqrasiya – “Interconsea” (Derad Network).

Qeyd edək ki, KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə Azərbaycandan 220-dən çox müraciət daxil olub. İİB-nin qiymətləndirmə platforması vasitəsilə aparılan seçim prosesi nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə 14–16 iyun tarixlərində “Bakı KOB evi”ndə üç günlük “Bootcamp” proqramı keçirilib. Proqram çərçivəsində seçilmiş startaplar təqdimat bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla effektiv kommunikasiya və investisiya cəlbetmə imkanlarının artırılması istiqamətində intensiv təlim və mentorluq sessiyalarında iştirak ediblər. Proqrama innovasiya və sahibkarlıq sahəsində yerli və beynəlxalq təcrübəyə malik ekspert və mentorlar cəlb olunublar. Müsabiqənin keçirilməsində əsas məqsəd innovativ sahibkarlığın inkişafına dəstək göstərmək, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını genişləndirmək, onların beynəlxalq bazarlara çıxışını təşviq etmək və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasına töhfə verməkdir.

“İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026” haqqında

Müsabiqə IIB Qrupuna üzv ölkələrdə yüksək potensiala malik startapları müəyyən etmək, dəstəkləmək və sürətlə inkişaf etdirmək məqsədi daşıyan təşəbbüsdür. Müsabiqə sahibkarlara texniki dəstək, potensialın artırılması proqramları, investisiya şəbəkələri və qlobal görünürlük imkanları təqdim edir, eyni zamanda innovasiyanı dayanıqlı inkişafın və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi təşviq edir.

slam İnkişaf Bankı İİB IsDB Group Startups Innovation Pitch Competition 2026 startap müsabiqəsi innovasiya müsabiqəsi Bakı Konqres Mərkəzi KOBİA 4SİM startap ekosistemi Azərbaycan startapları süni intellekt rəqəmsal innovasiya maliyyə inklüzivliyi iqlim və davamlılıq qadın sahibkarlığı sosial təsir regional inteqrasiya BioSell Bayuti Park Hub AIRT Proedia Mink Platform Climasel Smart sagro Interconsea Derad Network Bakı KOB evi Bootcamp proqramı startaplara dəstək investorlarla əməkdaşlıq innovativ sahibkarlıq beynəlxalq investorlar investisiya cəlbetmə biznes modeli startap mentorluğu İİB üzv ölkələri İİB Qrupunun illik toplantısı sahibkarlığın inkişafı innovasiya ekosistemi Azərbaycan innovasiya ekosistemi qlobal əməkdaşlıq platforması dayanıqlı inkişaf iqtisadi artım startap qalibləri startap mükafatları Bakı startap tədbiri
19.06.2026 10:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19