Yeni premium hibrid krossoveri qarşılayın
Çində innovativ premium avtomobil markası kimi tanınan VOYAH tamamilə yeni flaqman tam ölçülü hibrid krossoverini – Taishan-ı təqdim edir.
Avtomobilə premium görünüş verən sadə və axıcı eksteryer vahid bir zolaq şəklində düzülən arxa faralar ilə tamamlanır. “Zadəgan” görünüşünü iri xrom radiator barmaqlığı və ikiqat səviyyəli LED optikasına borcludur. Qeyd edək ki, 34 elementdən ibarət barmaqlıq, Çinin 34 vilayətini simvolizə edir.
Eksteryerin fərqli elementlərindən biri də qapı tutacaqlarının zərif və orijinal şəkildə işıqlandırılmasıdır. Krossoverin uzunluğu 5230 mm, eni 2025 mm, hündürlüyü 1817 mm, təkər bazası isə 3120 mm təşkil edir.
Sözügedən Taishan modelində ilk dəfə olaraq mükəmməl manevr imkanı yaradan dönən arxa ox texnologiyası tətbiq edilib. Avtomobil magistral yollar üçün nəzərdə tutulan L3 səviyyəli qabaqcıl avtopilot dəstəyinə malik, ümumilikdə isə 34 sensordan və 4 lidardan ibarətdir.
“Krab” rejiminin dəstəyi ilə 5.4 metrlik ultra kiçik dönüş radiusu dar yollar və ekstremal parklanma şəraitində yüksək performans nümayiş etdirir. Çində ilk dəfə VOYAH Taishan modelində tətbiq olunan 3 kameralı pnevmatik asqı avtomobili rəqabətsiz edir.
Batareyanın tutumu 65 kVt·saat təşkil edir. WLTP dövriyyəsinə görə 370 km məsafəni təmin etmək gücündədir. Ümumi kombinə edilmiş yürüş məsafəsi isə WLTP standartına görə 1400 km-ə çatır.
Yeni krossover 800 voltluq 5C sürətli şarj texnologiyasını dəstəkləyir. Bu yeniliyin sayəsində batareyanı 20%-dən 80%-ə qədər cəmi 12 dəqiqəyə doldurmaq mümkündür. Qarışıq dövriyyədə yanacaq sərfiyyatı 6,6 litr/100 km-dən artıq deyil.
Modelin ətraflı texniki parametrləri barədə məlumatlar isə avtomobilin 2025-ci ilin sonuna planlaşdırılan təqdimatına yaxın bir zamanda açıqlanacaq.
Qeyd edək ki, VOYAH və MHERO brendlərinin Azərbaycanda rəsmi satışı “SCM Motors” şirkətinin Çin avtomobil industriyasının nəhəng qurucularından biri “Dongfeng Motor” korporasiyası ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Azərbaycana idxal olunacağı tarix yaxın günlərdə rəsmi distributor tərəfindən açıqlanacaqdır. Lakin avtomobili artıq bu gündən sifariş etmək mümkündür — əlaqə nömrəsi: +994 55 535 77 77
Bütün standartlara cavab verən servis mərkəzinə sahib olan distributor avtomobillərə 8 il və ya 160 000 km-dək zəmanət verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
43 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 54 d. əvvəl
-
54 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN

















.jpg)





