Bu obyektlərin istismarına görə dövlət rüsumu müəyyənləşir
Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilir.Yanacaqdoldurma obyektlərinin fəaliyyəti də lisenziya tələb olunan fəaliyyət növünə aid ediləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qeyd edilib ki, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması müəyyən olunur.
Müvafiq olaraq yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir. Layihəyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılmasına lisenziya verilməsi üçün 1100 manat dövlət rüsumu, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına lisenziya verilməsi üçün isə 2500 manat dövlət rüsumu müəyyən edilir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























