“CulTech” inkubasiya proqramı yaradıcı gənclərin inkişafına töhfə verir
Dekabrın 28-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) açılışı baş tutub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və mədəniyyət naziri Adil Kərimli iştirak ediblər.
Tədbir çərçivəsində Leyla Əliyeva Yaradıcı Mərkəzdə yaradılan müasir şərait və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıb. Xüsusilə, SUP.VC-nin təşkilatçılığı ilə keçirilən “CulTech” inkubasiya proqramına xüsusi diqqət yetirilib.
SUP.VC-nin icraçı direktoru Rəşad Eyvazov Leyla Əliyevaya proqramın məqsədləri və nailiyyətləri haqqında ətraflı məlumat verib.
Rəşad Eyvazov qeyd edib ki, “CulTech” proqramı mədəni və yaradıcı sahələrdə fəaliyyət göstərən gəncləri dəstəkləməklə yanaşı, startapların inkişafı üçün münbit mühit yaradır. O bildirib ki, proqram çərçivəsində artıq bir neçə uğurlu startap qurulub, iştirakçılar isə Yaradıcı Mərkəzin resurslarından geniş şəkildə faydalanırlar. Bununla yanaşı, “CulTech” proqramı mədəniyyət sahəsində texnologiyanın tətbiqini təşviq edərək innovativ yanaşmaların formalaşmasına şərait yaradır.
Leyla Əliyeva həmçinin “Ai4Art” layihəsi çərçivəsində keçirilən süni intellekt üzrə təlimlərlə tanış olub. Bu təlimlər SUP.VC-nin təşkilatçılığı və Yaradıcı Edu.az-ın dəstəyi ilə reallaşır və yaradıcı gənclər arasında böyük maraq doğurur.
Adil Kərimli öz çıxışında Yaradıcı Mərkəzin mədəniyyət və yaradıcı sənayelərin inkişafında əhəmiyyətli bir platforma olduğunu vurğulayıb. Nazir qeyd edib ki, mərkəz gənclərin potensialını üzə çıxarmaqla yanaşı, Azərbaycanın qlobal bazarlarda mövqeyini gücləndirəcək layihələrə dəstək verir.
Leyla Əliyeva və Adil Kərimli tərəfindən yüksək qiymətləndirilən bu təşəbbüslər, mədəniyyət və texnologiyanın inteqrasiyasını təşviq etməklə ölkənin yaradıcı potensialının daha da inkişaf etdirilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
9 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 10 saat əvvəl
-
11 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
12 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)










.jpg)
