Yerli istehsalçılar heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsini istəyir
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi, ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxslərinin və ölkənin aparıcı qida və içki istehsalı şirkətlərinin rəhbərlərinin iştirak etdiyi görüşdə qida və içki sektorunun inkişafına dəstək mexanizmləri, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qida və içki sənayesində çalışan şirkət və sahibkarların vahid assosiasiyada birləşməsi bu sahənin inkişafına müsbət təsir göstərən amillərdir. Qida istehsalının ölkənin ərzaq təhlükəsizliyinin tərkib hissəsi olduğunu xatırladan nazir ölkəmizdə bu sahədə yürüdülən dövlət siyasəti, dəstək mexanizmləri, ixracın təşviqi, sahibkarlara güzəştlər və başqa məsələlərlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində Assosiasiyanın iştirakını xatırladan nazir AQİSA-da təmsil olunan şirkətlərin yerli və beynəlxalq sərgilərdə davamlı iştirakının vacibliyini vurğulayıb.
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, Assosiasiyanın əsas məqsədi qida və içki sənayesində fəaliyyət göstərən sahibkarların maraqlarını qorumaq və bu sektorun inkişafına nail olmaqdır. Assosiasiyada ölkəmizdə fəaliyyət göstərən qida və içki istehsalı üzrə ixtisaslaşmış sənayeçilərin, pərakəndə satış, idxal və ixracla məşğul olan sahibkarların birləşdiyini deyən Emin Dostiyari, əsas missiyalarının ölkənin iqtisadi inkişafına fəal töhfə vermək, sektor əməkdaşlığını və innovasiyaları təşviq etmək olduğunu bildirib.
Görüşdə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi, ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat sonra
-
6 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
7 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
-
7 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
7 saat əvvəl
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib

Qəhvə qiymətləri rekord səviyyəyə çatdı

SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ən çox oxunanlar
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər

Gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq

“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
